Accessibility links

Şair Ayrılmaz Tehranda nəzarət altına alınıb


Yaqub Əhmədvənd (Ayrılmaz)
Yaqub Əhmədvənd (Ayrılmaz)

Ayrılmaz təxəllüsü ilə tanınan şair Yaqub Əhmədvəndin avqust ayının 15-də Tehranda nəzarət altına alındığına dair məlumat yayılıb.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Aznews TV kimi xəbər saytlarının yaydığı məlumata görə, İranın təhlükəsizlik qüvvələri əslən Ərdəbil şəhərindən olan şairi bazar ertəsi günü Tehranda saxlayıblar.

Təhlükəsizlik qüvvələri Ayrılmazın evində axtarış aparıb, onun əlyazmaları və bəzi şəxsi əşyasını müsadirə ediblər. Şairin hansı səbəblə tutulduğu və hazırda harada saxlanıldığına dair məlumat yayılmayıb.

Ayrılmaz təxəllüslü Yaqub Əhmədvənd keçmiş illərdə “Azərbaycan Milli Hərəkatına” mənsub fəalların təşkil etdiyi tədbirlər və mərasimlər, o cümlədən illik Babəq Qalası yürüşünə qatılaraq türk dilində yazdığı milli məzmunlu şeirlərini oxuyub.

İran Azərbaycanı və Tehranda türk dili və ədəbiyyatı sahəsində fəaliyyət göstərən və ya bu dildə çap, nəşr və kitab satışı işi ilə məşğul olan şəxslər və qurumlara mütəmadi qaydada basqılar tətbiq edilir.

XS
SM
MD
LG