Accessibility links

Putinin yaxın müttəfiqinin qızı avtomobil partlayışı zamanı həlak olub


Rusiya İstintaq Komitəsinin avqustun 21-də yayımladığı videodan götürülmüş bu fotoda müstəntiqlərin Darya Duqinanın Moskva yaxınlığında idarə etdiyi avtomobilin partladığı yerdə təhqiqat apardığı göstərilir.
Rusiya İstintaq Komitəsinin avqustun 21-də yayımladığı videodan götürülmüş bu fotoda müstəntiqlərin Darya Duqinanın Moskva yaxınlığında idarə etdiyi avtomobilin partladığı yerdə təhqiqat apardığı göstərilir.

Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqinin qızı şənbə günü idarə etdiyi Toyota Land Cruiser avtomobilinin partlaması nəticəsində həlak olub.

Jurnalist Darya Duqina avqustun 20-də Moskva yaxınlığında baş verən partlayış zamanı həlak olub.

Rusiya İstintaq Komitəsinin bəyanatında 30 yaşlı Darya Duqinaya məxsus avtomobilə partlayıcı qurğu yerləşdirildiyi bildirilib.

“İstintaqın məlumatına görə, avqustun 20-də axşam saat 21:00 radələrində Bolşiye Vyazemi kəndi yaxınlığında Odintsovo rayonunda Toyota Land Cruiser markalı avtomobildə quraşdırılmış partlayıcı qurğu yolda partlayıb və sonra avtomobil yanmağa başlayıb. Qadın sürücü hadisə yerində həlak olub. Biz ölən şəxsin jurnalist və politoloq [Darya] Dugina olduğunu müəyyənləşdirdik,” İstintaq Komitəsinin Telegram kanalında açıqladığı məlumatda deyilir.

Müstəntiqlər qətl hadisəsi ilə bağlı cinayət işinin açıldığını və nə baş verdiyini dəqiq müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza aparılacağını bildiriblər.

Rusiya mətbuatının istinad etdiyi ailə üzvlərinin bildirdiyinə görə, Duqin və qızı Moskva kənarında festivala qatılıb və o, son anda avtomobili dəyişmək qərarına gəlib.

Duqina atasının rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Hərəkatının siyasi şərhçisi olub.

Onun atası rusiyalı siyasi şərhçi, bəzən “Putinin beyni” adlandırılan radikal filosof və ideoloq kimi tanınan Aleksandr Duqindir.

Medianın verdiyi məlumata əsasən, əslində hədəfin ultra-millətçi Duqinin özünün ola bildiyi ehtimal edilir.

Həm Darya Duqina, həm də atası Aleksandr Duqin Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyirdi.

Mart ayında ABŞ Maliyyə Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi Duqinanı baş redaktoru olduğu United World International (UWI) internet saytı üçün və ya onun adından fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərmək niyyətində olduğu ilə əlaqədar ona qarşı sanksiya tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG