Accessibility links

Ramin Cabbarlı: İran rejimi qonşu və xarici ölkələrdə dissidentlər və müxalifləri hədəf almaqda davam edir


Ramin Cabbarlı: İran rejimi qonşu və xarici ölkələrdə dissidentlər və müxalifləri hədəf almaqda davam edir
please wait

No media source currently available

0:00 0:12:02 0:00

Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabbarlı Amerikanın Səsinə müsahibədə İran rejiminin dissidentlər və müxalifləri qonlşu və xarici ölkələrdə hədəf alması və İranın Azərbaycanda dini ideologiyanın yayılması ilə bağlı fəaliyyətləri haqda danışıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bu həftə gündəlik brifinq zamanı Birləşmiş Ştatların iranlı amerikalı jurnalist Məsih Əlinejada qarşı sui-qəsd cəhdini İran rejimi tərəfindən transmilli akt kimi qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, “İran təkcə repressiya deyil, təcavüz ixrac etməyə çalışan çoxsaylı hökumətlərdən biridir”. Beynəlxalq ictimaiyyət tanınmış yazıçı Salman Rüşdinin Nyu York ştatının Çautauqua Universitetində yaradıcılıq azadlığı ilə bağlı mühazirə deməyə hazırlaşdığı vaxt bıçaqlanaraq hücuma məruz qalmasını şiddətlər qınayıb. Birləşmiş Ştatlar İran rejiminin Salman Rüşdinin həyatına hədələrin mərkəzində olduğunu bildirib. İran hökuməti hər iki insidentlə hər hansı əlaqəsi olduğunu rədd edir. Qərb ekspertləri dissidentlər və müxaliflərin susdurulması məqsədilə avtoritar rejimlər tərəfindən transmilli təcavüz aktı kimi əməllərə üz tutmasının təhlükəli olduğunu vurğulayır və Qərbi daha ciddi tədbirlər görülməsinə çağırır. Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabbarlı Amerikanın Səsinə müsahibədə İran rejiminin dissidentlər və müxalifləri qonlşu və xarici ölkələrdə hədəf alması və İranın Azərbaycanda dini ideologiyanın yayılması ilə bağlı fəaliyyətləri haqda danışıb.

XS
SM
MD
LG