Accessibility links

Azərbaycanda xüsusi karantin rejimi noyabrın 1-dək uzadılıb


Karantin
Karantin

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi daha iki ay uzadılıb.

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il noyabrın 1-dək uzadılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə xüsusi karantin rejimi tətbiq edilib.

Hazırda Azərbaycanda bütün qadağalar ləğv edilib. Yalnız ölkənin quru sərhədləri bağlıdır.

Son günlər koronavirusa yoluxma halları artmaqda davam edir. Belə ki, son günlər Azərbaycanda COVİD-19 infeksiyasına yoluxanların sayı beş yüzü keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG