Accessibility links

ABŞ Ukraynaya uzun müddətdə müdafiə məqsədilə 3 milyard dollarlıq hərbi yardım ayırıb


ABŞ Ukraynaya uzun müddətdə müdafiə məqsədilə 3 milyard dollarlıq hərbi yardım ayırıb
please wait

No media source currently available

0:00 0:02:02 0:00

ABŞ Ukraynaya uzun müddətdə müdafiə məqsədilə 3 milyard dollarlıq hərbi yardım ayırıb

Birləşmiş Ştatlar Ukraynaya Rusiyanın təcavüzündən özünü müdafiə etmək məqsədilə 3 milyard dollarlıq yeni hərbi yardım ayırdığını bildirib. Bu yardım ABŞ-ın son bir il yarım ərzində Ukraynaya göndərdiyi 10 milyard dollardan çox hərbi yardıma əlavə olaraq ayrılır.

Puma dronları... artilleriya əleyhinə radarlar...və Vaşinqtonun səmasını qorumaq üçün istifadə edilən sistemlərə bənzər altıya qədər əlavə müasir yer-hava tipli zenit-raket sistemləri - bütün bunlar Ukraynanın uzunmüddətli müdafiə ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan 3 milyard dollarlıq yeni hərbi yardım paketinin bir hissəsidir.

Bu, Ukrayna silahlı qüvvələrinə təlim verilməsi və silahların saxlanması üçün maliyyə də daxil olmaqla, bu günə qədər Ukraynaya ayrılan ən böyük hərbi yardım paketidir.

ABŞ müdafiə nazirinin siyasi məsələləri üzrə müavini Kolin Kahl jurnalistlərə bildirib ki, yardım gələcək üç il ərzində həyata keçiriləcək bir neçə il üçün nəzərdə tutulmuş investisiyadır.

“Bizim Ukraynaya təkcə indi kömək etmədiyimizi, bunun bir çox aylar və illərlə davam edəcək davamlı yardım axını olacağına işarə edən bu kimi yardım paketləri [Rusiya prezidenti Vladimir] Putinin düşündüyümuz kimi səhv hesablamalarına yönəlib,” Kolin Kahl, bildirib.

Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə həllinə ümid etməyə davam edir. Kolin Kahl deyir ki, Pentaqon bu təhlükəsizlik yardımını müharibənin nə qədər davam etməsindən asılı olmayaraq, Ukraynanın müdafiəsini gücləndirmək üçün hazırlayıb.

“Müharibə illər boyu davam edərsə, bu paket aktualdır. Atəşkəs və ya sülh nizamlanması olarsa, bu paket yenə də aktualdır, çünki Ukraynanın özünü müdafiə etmək və gələcəkdə təcavüzün qarşısını almaq qabiliyyətinə ehtiyacı var,” Kolin Kahl qeyd edib.

ABŞ son bir il yarım ərzində Ukraynaya dəstək məqsədilə 13 milyard dollardan çox vəsait xərcləyib.

“Bu müharibə həm də bizim müharibəmizdir. Ukrayna bizim üçün də döyüşür. Bu müharibə həm də avtoritar sistemin və demokratiyanın gələcəyi ilə bağılıdır,” Amerika Sahibkarlıq İnstitutuunn eksperti İvana Stradner bildirib.

Administrasiya isə bildirir ki, Ukraynaya yeni yardım paketi sonuncu olmayacaq.

XS
SM
MD
LG