Ukraynada müharibə başlayandan bəri 6 milyondan çox ukraynalı təhlükəsizlik axtarışında evlərini tərk etmək məcburiyyəti qarşısında qalıb. Onların arasında Krım tatarı pop müğənni Camala da var. O, iki dəfə evini itirib: ilk dəfə Rusiyanın 2014-cü ildə Krımı ilhaq etdiyi zaman və bu il Rusiya qüvvələrinin Ukraynaya hücuma başladığı vaxt. Tanınmış müğənni olan Camala bu günlər Ukrayna üçün maliyyə yardımı toplamaq məqsədilə öz ulduz statusundan istifadə edir.
Eurovision qalibi Camala Ukraynaya yardım göstərənlərə mahnı ilə təşəkkür edir
Eurovision-2016 müsabiqəsinin qalibi Camala müharibə başlayandan bəri 6 milyondan çox ukraynalı kimi ölkəni tərk etməli olub. O, Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdə və bu il Ukraynaya müdaxiləyə başladıqda iki dəfə evini itirib. Camala hazırda Ukrayna üçün yardım aksiyalarında iştirak edir.
Episodes
-
Mart 14, 2025Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi