Accessibility links

Türkiyənin pop ulduzu dini məktəblərlə bağlı fikirlərinə görə ev dustaqlığına məhkum edilib


Gülşən Çolakoğlu
Gülşən Çolakoğlu

İstanbul məhkəməsi bazar ertəsi Türkiyənin pop ulduzu Gülşəni Türkiyədə dini məktəblərlə bağlı fikirlərinə görə mühakimə olunana qədər həbsdən azad edib, lakin onu məhkəmənin nəzarəti altında ev dustağı kimi saxlanması haqda qərar çıxarıb.

46 yaşlı bəstəkar müğənni Gülşən Çolakoğlu “ictimaiyyət arasında nifrət və nifaq salmaq” ittihamı istintaqa cəlb edilərək ilə keçən cümə axşamı nəzarət altına alınıb.

İttihamlar onun aprel ayında Türkiyədəki dini İmam Hatip məktəbləri ilə bağlı səhnədə etdiyi zarafatına əsaslanıb.

“O, əvvəllər İmam Hatip [məktəbində] oxuyub. Onun azğınlığı da buradan qaynaqlanır” - deyə, Gülşən videoda qrupundakı bir musiqiçiyə istinad edərək bildirib.

Video onun həbs edilməsindən bir gün əvvəl hökumətyönlü gündəlik “Sabah” tərəfindən yayımlanıb və sosial mediada hökumətyönlü hesablar tərəfindən geniş şəkildə paylaşılıb.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ da daxil olmaqla, bir neçə nazir Twitter sosial media şəbəkəsində onun dediklərini pisləyib.

“Sənətçi adı altında kin və nifrət dolu sözləri ilə cəmiyyətin bir hissəsini digərinə qarşı qoymaq, ayrı-seçkilik yaratmaq sənətə ən böyük hörmətsizlikdir” - deyə, Bozdağ Twitter hesabında yazıb.

İmam Hatip məktəbləri Türkiyədə 10-18 yaşlar arasında oğlan və qızlar üçün dövlətin dini təhsil orta məktəblər və liseyləridir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Nazirlər Kabinetində Bozdağ da daxil olmaqla, bir neçə nazir İmam Hatip məktəbinin məzunudur.

AKP hökuməti İmam Hatip məktəblərinin qatı tərəfdarıdır, belə ki, Ərdoğan əvvəlki çıxışlarında Türkiyədə “dindar nəsil” yetişdirməyi hədəflədiyini bildirib.

Gülşən sosial media hesablarında verdiyi açıqlamalarda dediyi sözlərə görə üzr istəyib və əlavə edib ki, onun dediklərindəncəmiyyətdə qütbləşmə yaratmaq istəyən bəzi insanlar tərəfindən sui-istifadə olunub. O, polis idarəsində verdiyi ifadəsində də ittihamları rədd edib.

Onun vəkili Emek Emre keçən cümə günü həbs qətimkan tədbiri qərarından sonra apellyasiya şikayəti verib və bazar ertəsi verilən ev dustaqlığı qərarından sonra da apellyasiya şikayəti verəcəyini bildirib.

XS
SM
MD
LG