Accessibility links

Koloradoda ukraynalı amerikalılar Müstəqillik gününü ianə toplamaqla qeyd edirlər


Koloradodakı ukraynalı amerikalılar Müstəqillik gününü ianə toplamaqla qeyd edirlər
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Koloradodakı ukraynalı amerikalılar Müstəqillik gününü ianə toplamaqla qeyd edirlər

ABŞ-ın qərbi Kolorado ştatında ukraynalılar Ukraynada xeyriyyə təşkilataları və müdafiə əməliyyatlarını dəstəkləmək üçün keçirilən fandreyzinq tədbirində Ukraynanın Müstəqillik Gününü və Rusiya ilə müharibənin altı ayını qeyd ediblər.

Altı aydır davam edən müharibə fonunda xaricdə yaşayan ukraynalılar Ukraynadakı həmvətənlərində yardım etmək üçün bir araya gəlirlər. Marina Dubrova bu il Denverdə müsətqillik günü şənliklərinin təşkilinə kömək edib.

“Bu Ukrayna festivalı təkcə Ukrayna icması üçün əhəmiyyətli deyir. Bu bizim üçün çox mühümdür, çünki aramızda birlik yaradır və Ukraynadakı ukraynalılara dəstəyi nümayiş etdirir. Bu həm də bizim dostlarımızın icmaları – amerikalılar, polşalılar, litvalılar, belaruslular – Ukrayna üçün bu çox çətin zaman və günlərdə bizi dəstəkləyən hər kəs üçün böyük ictimai tədbirdir. Biz bu qədər çox insanın gələcəyini gözləmirdik. Bu gün, deyəsən, 1000-dən çox insan var və biz onların hər birinə ev sahibliyi etməkdən çox məmnunuq,” o deyib.

“Biz müxtəlif yeməklər, çox sayda etnik yeməklər gətirməyə çalışırıq. İnsanlar artıq altı, yeddi, səkkiz saatdır burada xeyirli işi dəstəkləyirlər,” Koloradoda yaşayan ukraynalı nik Voronkov deyir.

Festivalda Ukrayna mətbəxi ilə yanaşı, Ukrayna mədəniyyəti, tarixi, incəsənəti nümayiş etdirilir və populyar ukraynalı musiqiçilər iştirak edir.

“Mən amerikalıyam, amma gözəl ukraynalı sevgilim var. Mən bu konserti səbirsizliklə gözləyirəm. Mən Ukraynanı dəstəkləmək istədiyim üçün buradayam,” festival iştirakçısı Coi Hammer deyir.

“Bu gün biz Ukraynanın müstəqilliyinin 31-ci ilini qeyd edirik. Mən ümid edirəm ki, gələn il qələbəmiz olacaq,” festival iştirakçısı Yulia Nizova deyir.

Dubrova deyir ki, toplanan ianələrlə Ukraynada mülki və hərbi xəstəxanalar üçün tibbi ləvazimatlar, ərazi müdafiə qrupları üçün ilk yardım dəstləri və geyim alınır, habelə üç uşaq evinə yardım olunur.

“Bu uşaqlarda İrpin, Buça, Sumı, bütöv Kyiv bölgəsi, Xarkivdən evakusiaya olunublar. Bundan əlavə biz başqa bir uşaq evi ilə işləyirik. Oradakı uşaqlar Zaporijyedən evakuasiya edilib, amma hələ də Zaporijyedə olan uşaqlar var, tək anaları olan və serebral iflic olan uşaqlar. Onların Zaporijyedə yardıma ehriyacları var. Biz onlara yardım edirik,” Koloradoda yaşayan ukraynalı Marina Dubrova deyir.

Yerli könüllü Timson Qarret demokratiyalardakı insanların digər demokratiyalardakı insanları dəstəkləməli olduqlarına inanır.

“Putinin ordusu fevralda Ukraynayaya hücum edəndə mən nə isə etməli olduğumu hiss etdim. Mən Koloradodakı ukraynalılarla əlaqə qurdum və “Koloradonun şimalında fandreyzinq keçirmək istəyərsiniz mi?” deyə soruşdum. Onlar da “əlbəttə, edək” dedilər. Mən onlarla əlaqə yaratdım. Mənim motivasiyam o idi ki, əgər mən bir nəfərə belə yardım edə bilərəmsə, buna dəyər,” könüllü Timson Qarret deyir.

Koloradodakı ukraynalılar qeyri-kommersiya təşkilatı Rusiyanın işğalı başlayandan bəri 500 000 dollardan çox pul toplayıb. Onlar ukraynalıların ehtiyacı olduğu müddətcə ianə toplamağa davam etməyi planlaşdırırlar.

XS
SM
MD
LG