Accessibility links

Britaniyanın yeni baş naziri Liz Trassın xarici siyasət kursundan gözləntilər


Britaniyanın yeni baş naziri Liz Trassın xarici siyasət kursundan gözləntilər
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Britaniyanın yeni baş naziri Liz Trassın xarici siyasət kursundan gözləntilər

Liz Trass iyul ayında istefa verdiyini elan edən Boris Consonu əvəz edərək çərşənbə axşamı rəsmən Britaniyanın baş naziri oldu. Xarici siyasətdə daha sərt mövqe tutması ilə tanınan Trass Rusiya və Çinə qarşı da belə bir mövqe nümayiş etdirəcəyini vəd edib Lakin o, ilk növbədə daxili siyasətdə qarşılaşdığı problemləri həll etməlidir.

Bu həftənin çərşənbə axşamı vəzifədən gedən baş nazir Boris Conson sentyabrın 8-də 96 yaşında vəfat etmiş Kraliça İkinci Elizabetə Şotlandiyadakı iqamətgahında istefasını təqdim etdikdən sonra Britaniya monarxı Liz Trassa yeni hökumətin qurulmasını tapşırdı.

Trass Britaniyanın ən uzun müddətli monarxı olan Kraliça İkinci Elizabet tərəfindən təyin edilən on beşinci baş nazir oldu.

Londona qayıtdıqdan sonra Trass televiziya ilə çıxış etdi.

Britaniyanın baş naziri Liz Trass: “Biz indi Rusiyanın Ukraynada dəhşətli müharibəsi və COVID-dən sonra yaranan ciddi qlobal çətinliklərlə üzləşirik... Müttəfiqlərimizlə birlikdə bütün dünyada azadlıq və demokratiyanın müdafiəsinə qalxacağıq”.

Lakin siyasətdə “bal ayı” qısamüddətli olur.

“Onun vaxtının 90 faizi burada və indi daxili gündəmdə olan böhranlı iqtisadiyyat, tətillər, səhiyyə xidmətində (böhran), böyük enerji ödənişləri, potensial sosial iğtişaşlar kimi məsələlərə sərf ediləcək,” Chatham House beynəlxalq araşdırmalar institutunun təhlilçisi Con Kampfner bildirib.

Vergilərin azaldılması vədinə baxmayaraq, Trassın elektrik enerjisi ödənişlərini dondurmaq üçün 150 milyard dollara qədər vəsait sərf edəcəyi bildirilir.

O, müdafiə xərclərini ümumi daxili məhsulun təxminən 180 milyard dollar kimi qiymətləndirilən üç faizi qədər artırmağı vəd edib. Trass həmçinin Uraynaya hərbi və humanitar yardım göstərməyə davam edəcəyinə söz verib.

“Ukraynada biz onu yaxşı tanıyırıq. O, həmişə Avropa siyasətinin aydın tərəfində olub. İnanıram ki, biz birlikdə xalqlarımızın müdafiəsi və Rusiyanın dağıdıcı cəhdlərinin iflasa uğraması üçün daha çox şey edə biləcəyik,”Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Baş nazir kimi Trass Çinə qarşı sərt mövqe tutur.

“Buna görə də Çin onun baş nazirliyi dövründə Böyük Britaniya üçün təhlükə kimi tanınacaq,” Kral Birgə Müdafiə Araşdırmaları İnstitutunun eksperti Neil Melvin deyib.

Liz Trass həmçinin Consonun Şimali İrlandiya ilə bağlı Avropa İttifaqı ilə imzaladığı əsas Brexit sazişini pozmağa söz verib.

Chatham House beynəlxalq araşdırmalar institutunun təhlilçisi Con Kampfner: “Ən pis ssenari 27 Avropa ölkəsi ilə Böyük Britaniya arasında tammiqyaslı ticarət müharibəsidir. Bu, hər cəhətdən fəlakət olacaq. Bu, onsuz da olduqca pis vəziyyətdə olan Britaniya iqtisadiyyatı üçün əlavə problem olacaq”.

ABŞ prezidenti Co Bayden Trassı Twitter səhifəsində təbrik edərək, Britaniya ilə “xüsusi əlaqələri” dərinləşdirməyi səbirsizliklə gözlədiyini deyib.

“Lakin amerikalılar, xüsusilə də Bayden administrasiyası britaniyalılar və Avropa İttifaqı arasında seçim etmək məcburiyyətində qalmaqdan olduqca ehtiyat edirlər. Onlar bunu yanlış seçim kimi qiymətləndirirlər,” Chatham House beynəlxalq araşdırmalar institutunun təhlilçisi Con Kampfner bildirib.

Təhlilçilər yeni baş nazirin vəzifəyə gəlişi zamanı nadir hallarda bu qədər problemlərlə qarşılaşdığını qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG