Accessibility links

Avropa İttifaqı ilə enerji sahəsində əlaqələrinin genişlənməsi fonunda insan haqları-ekspert şərhləri


Yerli müstəqil ekspertlər Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əlaqələrinin genişlənməsi Bakı və Brüssel arasında dialoqda demokratiya və insan haqlarını arxa plana keçirəcəyindən narahatdırlar. Onlar hesab edir ki, Azərbaycanda baş verən insan haqları pozuntularına göz yumulmamalıdır.

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə müsahibəsində deyir ki, Avropa Komissiyasının prezidentinin Bakıda səfərdə olarkən vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməməsi müşahidəçilərin arqumentlərini gücləndirir.

Samir Kazımlı: Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması üçün hakimiyyət siyasi iradə nümayiş etdirməlidir
please wait

No media source currently available

0:00 0:04:41 0:00

"Hakimiyyət ilə istənilən dialoqda istər enerji məsələsi olsun, istər sülh quruculuğu ilə bağlı proseslər olsun demokratiya və insan hüquqları prioritet məsələ kimi qoyulmalıdır.

O deyir ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması üçün hakimiyyət siyasi iradə nümayiş etdirməlidir.

"Amma bu gün o siyasi iradə yoxdur. Hakimiyyətin istər media sahəsi, istər qeyri-hökümət təşkilatlarla bağlı atdığı addımlar imitasiya xarakteri daşıyır. Azərbaycan hakimiyyəti niyə siyasi iradə qoyub bu addımları atmır? Ona görə ki, bu çağırışlar son dövrlər bir az zəifləyib. Çağırışlardan da əlavə addımlar atılmır, düzgün mexanizmlər yoxdur. Hakmiyyət də bundan rahatlaşır və bu siyasəti hələlik davam etdirir" - deyə, ekspert qeyd edir.

Azərbaycan Milli Məclisin deputatı Zahid Oruc Amerikanın Səsinə müsahibəsində Avropa İttifaqı ilə bağlanan razılaşmalar, sazişlər, insan hüquqları məsələsinin ikinci sıraya keçirməsi ilə bağlı deyilən fikirlərin yalnış olduğunu deyir.

please wait

No media source currently available

0:00 0:03:33 0:00

"Avropa İttifaqı və Azərbaycan münasibətlərini yalnız insan haqları konteksində çərçivələndirmək yalnış olar. Biz Avropa İttfaqının böyük təmsilçisinin ölkəyə təşrif buyurması, imzalanan sənədlər fonunda, müxalif cinahda məsələyə yanaşmaların da son dərəcə dar və məhdud bir çərçivədə olduğunu da ayrıca vurğulaya bilərik. Biz insan haqlarıının təminatını onun bütün konstitusion vəzifələrinin dövlət tərəfindən həyata keçirilməsini hansısa beynəlxalq təşkilatlara, dairələrə, siyasi qütblərə, siyasi məkanlara görə etmirik. İlk növbədə Azərbaycan insanları üçün edirik. Biz Avropa Birliyi ilə bağlanan razılaşmalar, sazişlər, insan hüquqları məsələsinin ikinci sıraya keçirəcək və bununla da bizim gələcəyimiz təmin olunmayacaq kimi məsələləri bəsit bir müstəviyə gətirib çıxarmasını yalnış sayırıq"- deyə, deputat vurğulayır.

Hüquq müdafiəçisi Anar Məmmədli isə deyir ki, enerji siyasətindən Azərbaycan hakimiyyəti öz avtoritar siyasətini qorumaq üçün istifadə edir.

please wait

No media source currently available

0:00 0:04:30 0:00
Direct link

"Enerji siyasəti elə şəkildə qurulur ki, Qərb ölkələri ilə münasibətdə sanki Azərbaycan bu enerji siyasətini yürütməklə insan hüquq və azadlıqları məsələsində tənqidləri yumşaltmağa çalışır. Biz də bunun açıq şahidi oluruq. Son illər digər ölkələrlə, avtoritar rejimlərlə müqayisədə Azərbaycan hakimiyyətinə münasibətdə çox kəskin tənqidlərin şahidi olmuruq. Bu, çox ciddi şəkildə narahatlıqlar yaradır. Hal-hazırda ölkə ictimaiyyətini düşündürən əsas məsələlərdən biri, xüsusilə demokratik düşərgəni düşündürən məsələ odur ki, yeni imzalanmış memarandum Avropa Birliyi ilə gələcəkdə Azərbaycanın insan hüquqları sahəsində problemlərinə göz yummaq, o problemlərlə bağlı höküməti tənqid etməmək kimi məsələlərdə hökümətin işinə yarıyacaqmı? "- deyə, o bildirir.

Məmmədli hesab edir ki, Aİ Azərbaycanla enerji sahəsində əməkdaşlıqda insan hüquqları ilə bağlı prioritetlərindən imtina etməməlidir.

"İnsan hüquq və azadlıqlarının onun üçün önəmli olduğunu daim vurğulamalıdır. İmkan verilməməlidir ki, insan hüquq və azadlıqlarla bağlı problemlər enerji sahəsində əməkdaşlıq müstəvisində diqqətdən kənarda qalsın. Avropa Birliyi bu məsələdə israrlı olmalıdır" - deyə, hüquq müdafiəçisi əlavə edir.

Xatırlatma

İyulun 18-də Bakıda "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Ursula Fon der Leyen ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Ursula Fon der Leyen ilə görüşüb.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen imzalayıb. Ursula Fon der Leyen ilkin olaraq memorandumun 3 əsas bəndini qeyd edib.

"Azərbaycandan qaz ixracını iki dəfə artıracağıq. Bu sənəd vasitəsilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Avropa İttifaqı üçün çox önəmlidir. Hər il ərzində 8 milyard kub metr qazı Avropaya ötürük, yaxın illərdə onun həcmini 20 milyard kub metrə çatdıracağıq. Gələn il həcmi 12 milyard kub metrə çatdıracağıq və bu, Rusiyadan kəsilən qazı kompensasiya etməyə və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək".

Komissar humanitar əməkdaşlığın və Aİ-nin vətəndaş cəmiyyəti və müstəqil medianın dəstəklənməsində iştirakının zəruriliyini qeyd edib. "Biz bu məqsədlər üçün 2,5 milyon avro ayırmışıq," o, qeyd edib. Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha vacib olduğunu deyib."Bu il biz Avropa İttifaqı və Azərbaycan arasında neft və qaz, bərpa olunan enerji və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq" , Əliyev qeyd edib.

Rəsmi Bakı bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə prezidenti dəfələrlə bütün vətəndaşların fundamental hüquqlarının, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirib. Bundan əlavə Azərbaycan höküməti beynəlxalq təşkilatların hesabatını qərəzli və qeyri-obyektiv hesab edir.

XS
SM
MD
LG