Accessibility links

Britaniya Kraliçası II Elizabet 96 yaşında vəfat etdi


Sentyabrın 8-i Britaniyanın ən uzun müddətli monarxı Kraliça II Elizabet 96 yaşında vəfat edib.

70 il ərzində Kraliça olmuş II Elizabet monarx olmalı deyildi. O, taxta 1952-ci ildə atası IV Corcun ölümündən sonra yüksəlib. IV Corc isə öz növbəsində 1936-cı ildə qardaşı VIII Edvardın taxtdan imtinasından sonra Kral olub.

Taxtda olduğu müddətdə Uinston Çörçildən başlayaraq, Britaniyanın 15 baş naziri ilə çalışan Kraliça həm Leyboristlərin, həm də Mühafizəkarların hökumətləri dövründə dövlət başçısı olub. Ənənəyə uyğun olaraq taxt sahibi siyasi məsələlərdə neytral qalır.

II Elizabet İkinci Dünya Müharibəsinin təsirlərinin aradan qaldırlması zamanı, Soyuq Müharibə, o cümlədən iqtisadi artım və tənəzzül vaxtları, Şimali İrlandiya ilə gərginlik, Avropa İttifaqının yaradılmasından Brexit-ə qədər dövrlərdə ölkəsinə rəhbərlik edib.

İşinə sadiqliyinə görə sevilən Kraliça Elizabet britaniyalılar tərəfindən ölkəsinin qlobal gücünün azaldığı müddətdə Britaniyanın qüdrət dayaqlarından biri kimi görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG