Sentyabrın 13-də Bakı Apellyasiya məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə "Xural" İnternet Televiziyasının rəhbəri Əvəz Zeynallının apellyasiya şikayətinə baxılacaq.
Bu barədə vəkil Aqil Layıc bildirib.
Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsindən qərarın və onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və ya alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məhkəmədən xahiş edilib.
Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qəti imkan tədbiri seçib.
Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz 311.3.3-cü və Sadıqov Elçin Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Amma Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib.