Accessibility links

Mehman Hüseynov: Ortaya çıxardığımız otuzdan çox korrupsiya faktının heç birinə hüquqi qiymət verilməyib


Mehman Hüseynov

Araşdırmaçı jurnalist Mehman Hüseynov son iki ildə çoxsaylı korrupsiya faktları ilə bağlı araşdırma yazıları dərc etdirdiyini bildirib. Lakin araşdırmalardakı faktlara indiyədək hüquq mühafizə orqanları tərəfindən hər hansı hüquqi qiymət verilməyib.

Amerikanın Səsi: Sizin çoxsaylı araşdırmalarınızda məmurların qanunsuz yollarla vəsait əldə etməsi iddia olunur. Bu araşdırmalarla bağlı hüquq mühafizə orqanları hansısa təhqiqat işlər aparıbmı?

Bizim ortaya çıxardığımız korrupsiya faktlarını heç bir hüquq mühafizə orqanı araşdırmır.

Mehman Hüseynov: İlk olaraq ondan başalyım ki, mən həbsdən sonra araşdırmaçı jurnalistika ilə məşğul olmağa başlamışam. Doğru buyurdunuz ki, son iki il ərzində biz otuzdan çox vəzifədə olan dövlət məmurları haqqında korrupsiya araşdırmalarını ortaya çıxarmışıq. Bütün korrupsiya araşdırmalarını faktla, sənədlə, sübutla ortaya çıxarmışıq. Amma, bu araşdırmaları indiyədək heç bir hüquq mühafizə orqanı, prokurorluq olsun, Dövlət Təhlükəsizliyi Xidməti olsun, Daxili İşlər Nazirliyi olsun rəsmi olaraq araşdırmayıb. Lakin, nə baş verib? Biz bu iki il ərzində otuzdan çox dövlət məmuru haqqında korrupsiya araşdırmalarını ortaya çıxarmışıq, lakin bir müddət sonra həmin məmurlardan bəzisi prezident tərəfindən ya sərəncama göndərilib və ya işdən azad edilib. Yəni, qismən də olsa belə nəticələr olub. Amma, rəsmi olaraq həmin dövlət məmurları nə həbs olunublar, nə istintaqa cəlb olunublar, nə də mülkləri müsadirə olunmayıb. Yəni rəsmi olaraq bu addımlar atılmayıb. Ona görə də cavab verərdim ki, bəli bizim ortaya çıxardığımız korrupsiya faktlarını heç bir hüquq mühafizə orqanı araşdırmır. Rəsmi cavabları da yoxdur.

Amerikanın Səsi: Ölkədə media əməkdaşlarının və blogerlərin qanunsuz halların aşkar edilməsi ilə bağlı apraşdırma aparması üçün şərait varmı? Araşdırma materiallarınızın yayılmaması üçün sizə pul və ya xidmətlər təklif edilibmi? Cavabınız nə olub?

Mehman Hüseynov: Ortaya çıxardığımız otuzdan çox korrupsiya faktının heç birinə hüquqi qiymət verilməyib
please wait

No media source currently available

0:00 0:08:57 0:00
Azərbaycan hakimiyyəti çalışır ki, araşdırmaçı jurnalsitika ilə məşğul olan jurnalistləri yığışdırsın ki, ölkədə korrupsiya mexanizmini ifşa edəcək adam tapılmasın.

Mehman Hüseynov: Azərbaycanda ümumiyyətlə araşdırmaçı jurnalistika ilə məşğul olmaq əminəm ki, bəlkə də çox təhlükəlidir. Burada sənin həyatına birbaşa təhlükə də var, həbslə üzləşə bilərsən, təhdidlərlə üzləşə bilərsən. Ən pisi, ölümlə də üzləşə bilərsən. Bunun da şahidi olmuşuq. Araşdırmaçı jurnalistlər var ki, hansı ki, həbsdə olub. Bəzisi qətlə yetirilib. Ona görə də, bu çətindir, şərait yoxdur. Azərbaycan hakimiyyəti də çalışır ki, araşdırmaçı jurnalsitika ilə məşğul olan jurnalistləri yığışdırsın ki, ölkədə korrupsiya mexanizmini ifşa edəcək adam tapılmasın. Onu da qeyd edim ki, bizdə demək olar ki, hər dəfə çıxan materialla bağlı, redaktoprumuza da, mənim özümə də, operatorlarımıza da vasitəçilərlə çıxan məmurlar olub. Pul da təklif ediblər, xidmət də təklif ediblər. Lakin, bizim cavabımız odur ki, biz jurnalistlər korrupsiya faktlarını ortaya çıxarırıq. Bu o demək deyil ki, biz özümüz də bu sxemin, bu mexanizmin işərisində olmalıyıq. Ona görə də, bütün təkliflər rədd edilib. Bizə bu maraqlı deyil. Amma, bu Azərbaycanda çox yayılmış bir üsuldur. Biz araşdırsaq bir çox dövlət məmurunun öz mətbuat orqanı var, öz şirkəti var. Amma, o şirkətlər, media qurumları hansı pullarla saxlanılır onu da bilirik. Onlar da öyrəşiblər ki, bir jurnalisti susdurmaq üçün, bir jurnalsiti ələ almaq üçün ona ya pul təklif edirlər və ya digər xidmətlər təklif edirlər. Əlbəttə, bu olub, bizə qarşı da olub. Lakin biz bu xidmətlrədən, bu şirinikləndirici şeylərdən imtina etmişik.

Amerikanın Səsi: Fikrinizcə sizin araşdırma materillarının həqiqət olub-olmamasının hüquq mühafizə orqanları tərəfindən araşdırılmamasının səbəbləri nədir?

Biz ortaya dəmir faktları qoymuşuq. İddia etmişik ki, bu adam korrupsionerdir, bu faktlardır, bu onun korrupsiya mexanizmidir, bu onun mülkləridir, bu onun rəsmi sənədləridir, bu onun maşınlarıdır.

Mehman Hüseynov: Həqiqət olub-olmaması ilə bağlı, mən düşünürəm ki, burada sualı bir az korrektə etmək olar. Çünki iki il ərzində hələ heç bir dövlət qurumu və ya dövlət məmuru tərəfindən biz məhkəıməyə verilməmişik. Biz ortaya dəmir faktları qoymuşuq. İddia etmişik ki, bu adam korrupsionerdir, bu faktlardır, bu onun korrupsiya mexanizmidir, bu onun mülkləridir, bu onun rəsmi sənədləridir, bu onun maşınlarıdır. İndiyədək heç bir dövlət qurumu tərəfindən məhkəməyə verilməmişik. Bizə qarşı heç bir iddia qaldırılmayıb ki, bunlar şər atırlar, böhtan atırlar. Bu o deməkdir ki, bzizim ortaya çıxardığımız faktlar doğrudur, dəqiqdir. Ona görə də hüquq mühafizə orqanları tərəfindən araşdırılmır. Çünki onlar da bilir ki, bu məlumatlar düzgündür, doğrudur və iddia əsaslıdır. Ona görə də burada məsələ kənardan elə görsənir ki, hökumətin bütün strukturları bu korrupsiya müxanizmini bilir və bu korrupsiya mexanizminin içindədir. Ona görə də, bizimlə məmurlar arasında anlaşılmamazlıq olmaması üçün heç bir hüquqi addımlar atmırlar. Lakin, müddət keçəndən sonra prezident tərəfindən, bizim araşdırmalara istinadən yox, həmin məmurlar ya istefaya göndərilir və ya işdən azad olunur. Amma, konkret olaraq kimsə həbs olunub və ya istintaqa cəlb olunub, belə faktlar yoxdur. Sualın cavabı odur ki, hüquq mühafizə orqanları da bilir ki, biz ortaya çıxardığımız faktlar doğrudur, düzgündür və ona görə də araşdırılmır.

Amerikanın Səsi: Amma bir sıra hüquq mühafizə orqanlarının məlumatlarında deyilir ki, mətbuatda gedən hər hansı qeyri-qanuni hallarla bağlı araşdırma aparılır və bir çoxları həbs edilir. Belə olan halda sizin ortaya qoyduğunuz, özünüz dediyiniz kimi “dəmir faktlar” niyə araşdırılmır? Səbəb nədir?

Bunlar istəmirlər ki, Mehman ortaya çıxardığı faktı əsas götürüb kimisə cəzalandırsınlar.

Mehman Hüseynov: Səbəb odur ki, yuxarı vəzifədə oturan şəxslər və xüsusən hüquq mühafizə orqanları elə bir ənənə etmək istəmirlər ki, baxın jurnalsit araşdırır və biz jurnalist araşdırma materialına istinadən kimisə cəzalandırırıq. Yəni, bunlar istəmirlər ki, bu, ənənəyə çevrilsin. Bunlar istəmirlər ki, Mehman ortaya çıxardığı faktı əsas götürüb kimisə cəzalandırsınlar. Yəni onların eqo hissləri, onların öz peşə fəaliyyətlərinə inamı və ya belə deyək, sevgisi imkan vermir ki, bunlar Mehmanın ortaya çıxardığı faktlara söykənib kimi isə cəzalandırsınlar. Amma, mən onlara buradan da səslənirəm ki, buyursunlar özləri bu korrupsiya faktlarını araşdırsınlar və cəzalandıpsınlar. Lakin, biz bunu da görmürük. Biz çox nadir hallarda hüquq mühafizə orqanlarının belə hərəkətlərini görürük. O da yuxarıdan gələn sifariş olur. Vilyam Hacıuevi götürək, Səlim Müslümovu götürək, bunların cəzalandırılması bizim ortaya çıxardığımız faktlara əsaslanmır. Sadəcə deyiblər ki, prezident korrupsiyaya qarşı mübarizə aparır. Ona görə də biz bunları araşdırırıq. Deməli, lazım olanda araşdıra bilirlər. Amma, lazım olmayanada araşdırmırlar. Düşünürəm ki, əgər ölkədə həqiqətən korrupsiaya qarşı mübarizə aparılsa idi, bizizm ortaya çıxardığımız materiallar da hüquq mühafizə orqanları üçün xeyirli olardı.

Qeyd: Bu, Mehman Hüseynovun fikirləridir. Azərbaycan hökuməti isə korrupsiyaya qarşı davaml mübarizə mexanizminə malik olduğunu bildirir. Belə ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası fəaliyyət göstərir.

Bununla yanaşı, Azərbaycan korrupsiya indeksinə görə dünyada 180 ölkə arasında 128-ci yeri bölüşür.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG