Accessibility links

Dunya Miyatoviç: Azərbaycan hakimiyyətini Sadıqovu və  Zeynallını dərhal azad etməyə çağırıram


Dunya Miyatoviç

"Azərbaycan hakimiyyəti hüquq müdafiəçisi Elçin Sadıqovu və jurnalist Əvəz Zeynallını dərhal azad etməli, vətəndaş cəmiyyəti fəallarını və müstəqil media nümayəndələrinin təhdid və təqiblərinə son qoyulmalıdır".

Bu barədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç bəyanat verib.

O, bəyanatında qeyd edir ki, ötən şənbə günü Bakıda vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının həbsi Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və müstəqil media işçilərinin üzləşdiyi "düşmən"mühiti bir daha nümayiş etdirir.

Komissar hesab edir ki, Sadıqovun və Zeynallının həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı bir gecəlik məhkəmə prosesi Avropa insan haqları standartlarına uyğunluqla bağlı ciddi suallar yaradır.

“O, bağlı qapılar arxasında və əsas prosessual təminatların olmadığı şəraitdə keçirilib ki, bu da onların təqibinin və həbsinin etibarlılığına şübhələri gücləndirir. Cənab Sadıqovun həbsi onun iş yerlərində aparılan axtarışlardan və hüquqi peşəkar imtiyazla qorunmalı olan məxfi məlumatların ələ keçirilməsindən sonra baş verib. Bu aktlar Azərbaycanda insan haqları vəkillərinə və müdafiəçilərinə, Azərbaycanda uzun müddətdir narahatlıq doğuran məsələ olan ifadə azadlığına, o cümlədən media azadlığına münasibətini daha da gücləndirir. Mən Azərbaycan hakimiyyətini Sadıqovu və Zeynallını dərhal azad etməyə və onların hüquq və azadlıqlarına hörməti tam təmin etməyə çağırıram. Azərbaycanda vətəndaş cəmiyyəti subyektlərinin və müstəqil jurnalistlərin təhdid və təqiblərinə dərhal son qoyulmalıdır. Hakimiyyət orqanlarının vəzifəsi hüquq müdafiəçilərinin və media mütəxəssislərinin öz işlərini təhlükəsiz və sərbəst şəkildə yerinə yetirmələrini təmin etməkdir”deyə o, bəyanatında qeyd edib.

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qəti imkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz 311.3.3-cü və Sadıqov Elçin Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Amma Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib.

XS
SM
MD
LG