Accessibility links

Urmiyə gölü etirazları ilə bağlı bir neçə nəfər həbs edilib


Qərbi Azərbaycan vilayətinin Makı şəhərində İranın kəşfiyyat qüvvələri Urmiyə gölü etirazları ilə əlaqədar bir neçə nəfəri nəzarət altına alıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, təhlükəsizlik qurumu bəzi vətəndaşları əvvəlki günlərdə təşkil olunan etiraz aksiyaları ilə əlaqədar saxlayıb.

Agentliyin bildirdiyinə görə, saxlanılan şəxslərdən 19 yaşındakı Aydın Cəfərinin kimliyi məlum olub.

Bəzi vətəndaşlar və ətraf mühit müdafiəçiləri şənbə günü Qərbi Azərbaycan vilayətinin Makı şəhərində etiraz aksiyası təşkil edərək, İran dövlətinin Urmiyə gölü ilə bağlı siyasətinə etiraz bildiriblər.

HRA-nın yaydığı məlumata görə, aksiyaya qatılan bəzi vətəndaşlar İranın kəşfiyyat nazirliyinin Makı şəhərindəki idarəsinə çağırılaraq nəzarət altına alınıblar.

İran hökumətinin Urmiyə gölünü canlandırmaq adına başlatdığı layihələrin bir çoxunun yarımçıq buraxıldığı, digərlərinin isə nəticə vermədiyi ortaya çıxdıqdan sonra son həftələrdə Urmiyə gölü məsələsi yenidən İran Azərbaycanında müxtəlif qrupların diqqət mərkəzindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG