Accessibility links

Behzad Ciddi: İran dövlətinin Urmiyə gölü ilə bağlı açıqladığı layihələrin doğruluğu araşdırılmalıdır


Behzad Ciddi
Behzad Ciddi

İranda mühafizəkar siyasətçilər ilə mötədil və islahatçı qanada mənsub siyasətçilər Urmiyə Gölünü Canlandırma Mərkəzinin fəaliyyətlərinin uğursuz nətilənməsi ilə əlaqədar bir-birlərini günahlandırırlar.

please wait

No media source currently available

0:00 0:13:35 0:00
Direct link

Amerikanın Səsinə danışan araşdırmaçı Behzad Ciddi deyir ki, İran Azərbaycanında fəallar özləri rəsmilərin Urmiyə gölü ilə bağlı verdiyi vədlər və açıqladığı layihələri araşdırıb və onların doğru və ya yalan olduğunu müəyyən etməyə çalışmalıdırlar.

Bizim əlimizdən gələn bu məsələni gündəmdə saxlamaq və etiraz ruhunu gücləndirməkdir. Niyə ki, İran dövləti keçmişdə də göstərib ki, etirazlar olunca bəlkə bir iş görür.

Bizim əlimizdən gələn bu məsələni gündəmdə saxlamaq və etiraz ruhunu gücləndirməkdir. Niyə ki, İran dövləti keçmişdə də göstərib ki, etirazlar olunca bəlkə bir iş görür. “İran hakimiyyəti Urmiyə gölü ilə əlaqədar etirazları öz təhlükəsizliyinə qarşı gördüyündən hər zaman bu etirazları basdırmağa çalışdı. Hakimiyyət məsələni həll etmək yerinə milli fəallar və etirazçıları saxlayıb və bəzən uzunmüddətli həbslər və işkəncələrə məruz buraxdı. Ancaq, bu etirazların alovu heç zaman sönmədi,” Behzad Ciddi söyləyir.

Araşdırmaçı Urmiyə gölünün canlandırılmasının doğru su idarəçiliyi ilə mümkün olduğunu vurğulayır:

“Bugün Urmiyə gölünün durumu etirazların başladığı 2010-cu ildən daha bərbaddır. Görünür ki, o layihələrin bu günə qədər təsiri olmayıb. Mənim fikrimcə dövlətin [bu yöndə] iradəsi yoxdur. Dövlətin iradəsi olsa və Urmiyə gölünün su hövzəsində su idarəçiliyi üzrə irimiqyaslı layihələr həyata keçirilsə, gölü yenidən canlandırmaq olar. Urmiyə gölünü diriltmək dövlət tərəfindən bu iradənin sərgilənməsinə bağlıdır. Bu iradə də dörd vilayət arasında su idarəçiliyindən keçir. Bu idarəçilik [vilayətlər deyil] dövlət səviyyəsində ələ alınmalıdır.”

Misal üçün təsfiyəxana (sutəmizləyici qurğu) haqqında danışırlar. Bunu gedib yaxından araşdırıb gerçək və ya yalan olduğunu üzə çıxarmaq lazimdir. Gedib yaxından film çəkib məsələni sosial mediaya daşımaq lazimdir.

O, hesab edir ki, Urmiyə gölü ilə əlaqədar vətəndaşlar və fəalların üzərinə düşən iş məsələni gündəmdə tutmaq və layihələrin doğruluğunu araşdırmaqdır.

“Bizim əlimizdən gələn bu məsələni gündəmdə saxlamaq və etiraz ruhunu gücləndirməkdir. Niyə ki, İran dövləti keçmişdə də göstərib ki, etirazlar olunca bəlkə bir iş görür. Bu etirazlar daha da güclənməlidir,” Ciddi qeyd edir.

Behzad Ciddi verilən vədlər və açıqlanan layihələrin bir çoxunun propaqanda olduğunu önə çəkərək əlavə edir, “onların danışdıqları sözlər və verdiyi vədlər var. Bunların gerçək və ya yalan olduğunu ortaya çıxarmalıyıq. Misal üçün, Azərbaycanda bizim məsullar və nümayəndələr normalda Urmiyə gölü haqqında danışmırlar amma xalq küçəyə çıxanda bunların propaqanda maşını işə başlayır. Etirazların ruhunu zəiflətmək istəyirlər. Buna görə, misal üçün təsfiyəxana (sutəmizləyici qurğu) haqqında danışırlar. Bunu gedib yaxından araşdırıb gerçək və ya yalan olduğunu üzə çıxarmaq lazimdir. Gedib yaxından film çəkib məsələni sosial mediaya daşımaq lazimdir. Yaxından izləyib və vədlərin yalan və ya doğru olduğunu millətin qulağına və diqqətinə çatdırmalıyıq.”

XS
SM
MD
LG