Accessibility links

Britaniya monarxiyası gəlirini haradan və necə əldə edir?


Britaniya monarxiyası gəlirini haradan və necə əldə edir?
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Kral ailəsinin maliyyəsi, monarxın hakimiyyəti dövründə taxta məxsus əmlak biznesi olan Crown Estate-in mənfəətinə əsaslanan və müstəqil idarə olunan Suveren Qrantdan gəlir.

Suveren Qrantın illik həcmi Crown Estate-in mənfəəti ilə müəyyən edilir. Adətən kral ailəsi mənfəətin 15 faizini alır, qalan hissəsi isə hökumətə verilir. Bu yaxınlarda Bukingem Sarayının təmiri xərclərini ödəmək üçün bu məbləğ 25 faizə qaldırılıb.

Crown Estate-ə məxsus əmlakın bəziləri 1042-ci ildən 1066-cı ilə qədər hökmranlıq edən Keşiş Edvarda aid edilə bilər. Amma bütövlükdə mülk Norman fəthi zamanına aiddir.

1760-cı ildə Kral III Corc, əvvəlcə Mülki Siyahı kimi tanınan və sonra 2010-cu ildə Suveren Qrantla əvəzlənən sabit illik ödəniş müqabilində Crown Estate-dən əldə etdiyi gəliri hökumətə təhvil verməyə razı oldu.

Suveren Qrantdan gələn vəsaitlər kralın vəzifələrini, o cümlədən qəbullar, səyahət xərcləri, bağ yığıncaqları və məktəb ziyarətlərini əhatə edir. Vəsaitlərin böyük hissəsi kral saraylarının saxlanmasına və işçilərin maaşlarının ödənilməsinə sərf olunur.

Lakin Suveren Qrant kral ailəsi üçün yeganə gəlir mənbəyi deyil. Lankaşir, Yorkşir və mərkəzi Londonda 18,000 hektardan çox ərazini əhatə edən xüsusi mülk olan Lankaster Hersoqluğu hər il təxminən 23 milyon dollar gəlir əldə edir.

Həmçinin İngiltərənin cənub-qərbindəki əraziləri əhatə edən Kornvol Hersoqluğu da Hersoq kimdirsə, onun üçün ildə 23 milyon dollar qazandırır.

Lankaster və Kornvol hersoqluğunun əldə etdiyi pulların necə xərcləndiyi ictimaiyyətə bildirilmir.

Bundan əlavə, kral Şotlandiyadakı Balmoral qalası kimi şəxsən sahib olduğu böyük mülk evlərindən, həmçinin şəxsi incəsənət, zərgərlik və digər kolleksiyalar vasitəsilə gəlir əldə edir.

Britaniya monarxiyasının gəlir vergiləri, kapital artımı vergiləri və ya miras vergiləri ödəmək məcburiyyəti yoxdur. Buna baxmayaraq, Kraliça II Elizabet və Kral III Çarlz könüllü olaraq öz hersoqluqlarından əldə etdikləri mənfəətdən vergi ödəyiblər.

Bəziləri deyirlər ki, kral ailəsinin xərcləri ictimailəşdiriləndən dəfələrlə yüksəkdir. Digərlərinin fikrincə isə monarxiyanın iqtisadiyyata töhfələri, onun xərclərindən daha çoxdur. Məsələn, turizm.

XS
SM
MD
LG