Accessibility links

Fransa Xarici İşlər Nazirliyi Parisdəki Azərbaycan səfirliyinin təhlükəsizliyi üçün tədbirlər görüldüyünü bildirib


"Azərbaycanın Parisdəki səfirliyinə qarşı qəbuledilməz hadisələrə görə təəssüf edirik. Fransa hakimiyyəti səfirliyin təhlükəsizliyinin bərpa edilməsi və onun normal fəaliyyətinin təmin edilməsi üçün bütün tədbirləri görüb. Bu cür hadisələrin bir daha təkrarlanmaması üçün tədbirlər görülüb."

Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakariya Qross Fransa Xarici İşlər Nazirliynin Twitter hesabına istinadən bildirib.

Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və bir gün öncə, sentyabrın 18-də Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki erməni icmasının nümayəndələri tərəfindən törədilən hücumla bağlı Xarici İşlər Nazirliyinin etiraz notası Fransa səfirinə təqdim edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov radikal erməni qruplarının hərəkətlərinə şəraitin yaradılması və vaxtında qarşısının alınmamasına görə qəti etiraz bildirib, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin edilməsi öhdəliyinin Fransa tərəfindən yerinə yetirilməməsinə görə dərin təəssüf ifadə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG