Accessibility links

Ərdoğan bildirir ki, Rusiya və Ukrayna 200 məhbusun dəyişdirilməsinə razılıq verib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ televiziyasına bildirib ki, Rusiya və Ukrayna 200 əsiri dəyişdirmək barədə razılığa gəliblər. Bu yeddi aydır davam edən müharibədə ən böyük məhbus mübadiləsidir.

Ərdoğan ötən həftə Özbəkistanda keçirilən regional sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

O, məhbusların dəyişdirilməsi barədə geniş məlimat verməyərək, dəyişdirilənlərin "girov" olduqlarını deyib və hər iki tərəfdən neçə nəfərin dəyişdiriləcəyini bildirməyib.

"200 girov tərəflərin razılığı əsasında dəyişdiriləcək. Düşünürəm ki, irəliyə doğru mühüm addım atılacaq" - deyə, Ərdoğan sentyabrın 20-də axşam saatlarında PBS televiziyasına bildirib.

O həmçinin Putinin müharibəni sona çatdırmağa hazır olduğu barədə "təəssürat" əldə etdiyini deyib.

"Bizim çox geniş müzakirələrimiz oldu və o həqiqətən də mənə bunu mümkün qədər tez bitirməyə hazır olduğunu göstərir," prezident Ərdoğan bildirib. "Bu, məndə yaranan təəssüratım idi, çünki hazırda işlərin gedişatı olduqca problemlidir," o əlavə edib.

Türkiyə lideri bildirib ki, Moskvanın ələ keçirdiyi əraziləri geri qaytarması istənilən davamlı atəşkəsdə mühüm rol oynayacaq.

"Ukraynada sülh bərqərar olacaqsa, təbii ki, işğal edilmiş torpaqların geri qaytarılması vacib olacaq" - deyə, o bildirib.

Ərdoğan Ukraynanın işğalına görə Putinin məsuliyyət daşıdığını söyləməkdən imtina edərək, tərəf tutmağın heç bir faydası olmadığını deyib.

"Biz tək bir lideri müdafiə etmək fikrində deyilik. Bunun əvəzinə, bütün tərəfləri qane edəcək bir həll yolu axtarmalıyıq," o bildirib.

XS
SM
MD
LG