Accessibility links

Pol Qobl: Atəşkəslə bağlı real, dürüst, ətraflı razılıq olmalıdır


Pol Qobl: Atəşkəslə bağlı real, dürüst, ətraflı razılıq olmalıdır
please wait

No media source currently available

0:00 0:08:51 0:00

Pol Qobl: Atəşkəslə bağlı real, dürüst, ətraflı razılıq olmalıdır

ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə keçmiş müşaviri pol Qobl Amerikanın Səsinə müsahibədə Azərbaycan-Ermənistan sərhədində son gərginlik fonunda iki ölkənin xarici işlər nazirləri arasında ABŞ dövlət katibi Antoni Blinken təşəbbüsü ilə keçirilən görüşü və Birləşmiş Ştatlar Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevana səfərini şərh edib.

Amerikanın Səsi: Cənab Qobl, ötən həftə Azərbaycan-Ermənistan sərhədində, son məlumatlara görə, hər iki tərəfdən 300-ə yaxın insanın ölümü ilə nəticələnən döyüşlər baş verib. Bu, Rusiyanın vasitəçiliyi ilə iki ölkə arasında 2020-ci ilin noyabrında imzalanan atəşkəsdən bəri ən ölümcül döyüşlər olub. Hər iki tərəf bir-birini günahlandırıb. Son döyüşlərə münasibətiniz nədir? Eskalasiyanın mümkün səbəbləri nələrdir?

Pol Qobl: Deməli problem ondadır ki, atəşkəs imzalanmayıb. Atəşkəs üçün niyyət bəyannaməsi imzalanıb. Bu ikisi eyni şey deyil. Digər problem odur ki, Rusiya sülhməramlıları sülhməramlı deyillər, onlar nəinki beynəlxalq hüquq altında bu statusa malik ola bilməzlər, çünki Ermənistanda hərbi bazasının oldğuğunu nəzərə aldıqda, Rusiya bu münaqişədə bir tərəfidir.

Həm də sülhməramlı neytral oyunçu olmalıdır. Yəni iki tərəfi bir-birindən ayırmalı və bu son faciənin qarşısını almalı olan sülhməramlılar orada deyildilər. Nəzərə almalı olduğumuz üçüncü məqam isə odur ki, nə zaman ki, bir vəziyyəti qiymətləndirmək qərarına gəlsəniz, bir və digər tərəfi günahlandıracaqsınız. Yaxın məsafədə ağır silahlanmış iki tərəf olduğunda, bir tərəfin digərinin niyyətini səhv anlayıb, atəş açması tamamilə mümkündür. Qarşı tərəfin niyyətini səhv anlayan tərəf hər zaman günahkardırmı? Xeyr, adətən qurban olduğunu iddia edən tərəf qarşı tərəfdəki ağıllı insanların təxribat kimi görəcəyi hərəkətlərə əl atır. Beləliklə, vəziyyət elədir ki, iki şərt yerinə yetirilməyənə qədər bu cür faciələr davam edəcək.

Birincisi, atəşkəslə bağlı real, dürüst, ətraflı razılıq olmalıdır. İkincisi, real sülhməramlı kontingent olmalıdır, 30 il ərzində nizamlanmada maraqlı olmadığını, münaqişədən sui-istifadə etmək istədiyini göstərən ölkədən gələn insanlardan ibarət bir qrup deyil. Yəni bu iki şərt yerinə yetiriməlidir, əks təqdirdə nə qədər faciəvi olsa da, gələcəkdə daha çox bu cür döyüşlərlə qarşılaşacağıq. Mən çox ümid edirəm ki, insanlar bundan dərs çıxaracaqlar və tez bir zamanda bu istiqamətdə addımlar atacaqlar.

Amerikanın Səsi: BMT Baş Assambleyası çərçivəsində Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib. Dövlət katibi Blinken gələcək döyüşlərin qarşısının alınmasının və sülh prosesinə qayıtmağın vacibliyini vurğulayıb. Onlar növbəti addımları müzakirə ediblər və katib tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb. Bundan öncə isə dövlət katibi Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb və həmin zaman onları sərhəddə hərbi əməliyyatları dərhal dayandırmağa çağırmışdı. Bu hadisələr fonunda, ABŞ-ın bölgədə və tərəflər arasında sülhün qurulması səylərində daha fəal rol oynayacağını deyə bilərikmi?

Pol Qobl: Mən çox ümid edirəm ki, Birləşmiş Ştatlar daha fəal rol oynayacaq. ABŞ Rusiya Federasiyasının uğursuz rolunu balanslaşdırmalıdır. Ancaq düşünürəm ki, BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşlərin hədsiz dərəcədə çox olduğunu nəzərə almaq lazımdır.

Bu, dövlət katibinin Vaşinqtonda onlarla görüşməsi qədər xüsusi deyil. Onların hər ikisi BMT Baş Assambleyası üçün Nyu Yorkda idilər və görüş keçirdilər. Aydındır ki, dövlət katib Blinken deyir ki, Amerikanın mövqeyi həllin olduğunu görməkdir. Biz zorakılıqlara son qoyulduğunu görmək istəyirik, çünki Amerika son 30 ildir bu qənaətdədir ki, əgər onların ikisi, və bununu xüsusilə ilə vurğulayıram –ikisi bir həll yoluna dair razılığa gələ bilsələr, həm Azərbaycan, həm də Ermənistan bundan faydalanacaq. Kənar qüvvələrin tətbiq etdiyi həll yolları nə Sovet dövründə işlədi, nə də indi işləməyəcək. Buna görə də çox vacibdir ki, daha çox ölüm hallarının olmaması üçün təkcə prezident və xarici işlər nazirləri deyil, aşağı səviyyəli məmurlar da hansı addımların atıla biləcəyinə dair fəal şəkildə danışıqlar aparsınlar.

Amerikanın Səsi: Dövlət katibi Blinken Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi təyin edib. O, həmçinin ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri kimi fəaliyyət göstərəcək. Azərbaycan Minsk Qrupunun fəaliyyətini canlandırmaq qərarını tənqid edib və bundan əvvəl də Minsk Qrupunun münaqişəyə son qoymaq üçün son 30 ildə heç nə edə bilmədiyini bildirib. Səfir Rikerin təyin olunması və Minsk Qrupunun bundan sonra Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasında oynayacağı rol barədə nə deyə bilərsiniz?

Pol Qobl: Mən şadam ki, səfir Rikerə iki titul verilib. Betpvlükdə regionla əlaqəli olan daha vacibdir. Zənnimcə, ATƏT-in Minsk Qrupunun indiki şəraitdə hansı rolu oynaya biləcəyi, şübhəsiz ki, bəlli deyil. Ancaq dünya əsaslı şəkildə dəyişməsə, Şərq-Qərb münasibətlərində irəliləyiş olmazsa, Minsk Qrupu yaxın gələcəkdə heç bir işə yaramayacaq. Mən çox şadam ki, səfir Rikerin bacarıq və təcrübəsinə malik bir diplomat daha geniş rol oynayacaq, çünki məncə Birləşmiş Ştatlar Qərbi Avropa ilə birlikdə hər iki tərəfə münaqişənin lazımi həlli ilə bağlı danışıqlar aparmağa kömək edə bilər.

Rusiya Ukraynada apardığı təcavüz səbəbilə Qafqazda, Mərkəzi Asiyada və başqa yerlərdə böyük nüfuz itirib. Və vəziyyət belə olduğuna görə, mən hesab edirəm ki, həqiqətən də fürsət var. Mən çox ümid edirəm ki, biz təkcə prezident, baş nazir və xarici işlər naziri arasında deyil, həm də digər məmurlar arasında görüşlərin olduğunu eşidərik, çünki işin böyük hissəsi bu səviyyədə aparılmalıdır. Bunu həll etmək asan məsələ deyil. Bu, hər iki tərəfin davamlı olaraq müzakirə etməli olduğunu bir şeydir, çünki bu yolla yüksək səviyyəli liderlərə davamlı bir həll yoluna doğru aparmaq üçün hər iki tərəfin etməli olduğu güzəştləri etməyə imkan verəcək etimad yaradılacaq.

Amerikanın Səsi: ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ötən həftə, Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmalardan sonra Ermənistana səfər edib. Spiker Pelosi Yerevanda ikən Ermənistana dəstəyini ifadə edib və “Azərbaycanın qonşusuna qarşı qeyri-qanuni və ölümcül hücumlarını” pislədiyini deyib. Nensi Pelosinin Ermənistana səfəri və Yerevandakı bəyanatlarından ABŞ-ın regiondakı siyasəti ilə bağlı hansı nəticə çıxarıla bilər?

Pol Qobl: Məncə, bir neçə şeyi nəzərə almalıyıq. Birincisi, spiker Pelosinin Ermənistana səfəri hərbi əməliyyatlar başlamazdan xeyli əvvəl planlaşdırılmışdı. O, bu hadisələrdən öncə Yerevana getməyi planlaşdırmışdı. Yəni onun səfəri sona zorakılıqlara cavab deyildi. Bu, sadəcə bir təsadüf oldu. İkincisi, məncə, başa düşmək lazımdır ki, Ermənistanın və ermənilərin son yüz iyirmi ildə məruz qaldığı zorakılığı nəzərə alaraq, amerikalılar ermənilərin mövqeyinə çox rəğbət bəsləyirlər.

Ona görə də amerikalıların belə şeylər deməsi təəccüblü deyil. Eyni zamanda isə, daha öncə də qeyd etdiyim kimi, məncə, iki silahlı qrup arasında zorakılıqların artdığı hər hansı bir konkret halda birini günahlandırmaq çox çətindir. Məm əminəm ki, spiker Pelosi dövlət ktibi Blinken dilə gətirdiyi düşüncələri bölüşür – Biz hər iki tərəfin qəbul etdiyi balanslı bir razılığın olmasını istəyirik. Bunun üçünsə bir və ya digər bir insidentdə günahın kimdə olduğunu qiymətləndirməyə çalışmaq əvəzinə, razılığa gəlmək üçün nələrin edilə biləcəyini müəyyən etmək lazımdır. Düşünürəm ki, o, bu zorakılıqlardan dərhal sonra ora getdiyi üçün insanlar onun etdiklərini tamamilə düzgün olmayan bir şəkildə izah etdilər.

Zənnimcə, biz, hətta Azərbaycana rəğbət bəsləyənlər belə, amerikalıların, bir qrup olaraq, ermənilərə çox rəğbət bəslədiyini nəzərə almalıyıq. Heç kəs onların divara dirəndiyini və ya 20-ci əsrdə qarşılaşdıqları kimi faciələrlə yenidən üzləşməsini istəmir. Ona görə də, bu cür ifadələr eşidəcəksiniz. Lakin bu hiss dövlət katibi Blinkenin ifadə etdiyi əsas Amerika siyasətini dəyişdirmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG