Accessibility links

Simin Səbri: Bu etirazlarda qadınlar hicabları İran rejiminin simvolu olaraq yandırır


Simin Səbri: Bu etirazlarda qadınlar hicabları İran rejiminin simvolu olaraq yandırır
please wait

No media source currently available

0:00 0:09:02 0:00

İranda keçən həftə 22 yaşlı Məhsa Əmininin hicab qanunlarını pozduğuna görə polis nəzarətində ölümü ölkə miqyasında geniş etirazlara səbəb olub. Qadın hüquqları müdafiəçisi Simin Səbri Amerikanın Səsinə müsahibədə etirazların səbəbləri və İran Azərbaycanında qadınların tələbləri haqda danışıb.

Beynəlxalq ictimaiyyət İranda keçən həftə Kürdüstan vilayətindən olan 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölümülə bağlı təhqiqatın aparılması üçün Tehrana təzyiqləri artırır. Məhsa Əmininin hicab qanunlarını pozduğuna görə polis nəzarətində ölümü ölkə miqyasında geniş etirazlara səbəb olub. Sosial mediada yayılan çox sayda videolarda qadınların ictimaiyyət qarşısında hicablarını yandırdığı və icbari hicaba son qoyulması tələblərini səsləndirdiyi nümayiş etdirilir. İran Azərbaycanında Təbriz, Zəncan, Urmiyə və digər şəhərlərdə də hicab və əxlaq polisi əleyhinə etirazlar keçirilib. Nümayişlər zamanı etirazçılar bərabərlik, azadlıq, ədalət kimi şüarlar səsləndiriblər. Qadın hüquqları müdafiəçisi Simin Səbri Amerikanın Səsinə müsahibədə İranda son etirazların səbəbləri və İran Azərbaycanında qadınların tələbləri haqda danışıb.

XS
SM
MD
LG