Accessibility links

"Üzeyir Hacıbəyov musiqimizə müasirlik gətirsə də, indi bu ənənə davam etmir"


"Üzeyir Hacıbəyov musiqimizə müasirlik gətirsə də, indi bu ənənə davam etmir"
please wait

No media source currently available

0:00 0:04:13 0:00

Tansu Kamal hazırda folklorşünaslıq üzrə təhsil alır. İki nüsxədə kitabı var, aşıq yaradıcılığını araşdırır. Tansu hesab edir ki, musiqiyə aid dərsliklər mərhələli şəkildə yazılmalı, universitet səviyyəsindəki kitablar daha çox elmi-tənqidi müzakirələr yaratmalıdır.

"Orta musiqi məktəbində də keçirəm ki, Üzeyir Hacıbəyov filan ildə anadan olub, filan illər yaradıcılıq illəridir və yaxud da bu ildə vəfat edib. Mən bunu kollecdə də orta ixtisasda eynisini keçirəm, ali məktəbdə də eynisini keçirəm. Yəni dəyişən bir şey olmur".

Musiqişünasın fikrincə, universitetdə ekspedisiyaların təşkil olunmaması Azərbaycan folklorunun tədricən itib-batmasına gətirib çıxarır:

"Bunun üçün də musiqişünasların çoxu belə bir yaradıcılıq fəaliyyətləri olmadığına görə elmi iş götürərkən bəstəkar yaradıcılığına müraciət edirlər. Çünki onların əllərində notu var, həyat və yaradıcılığı var. Yəni bunun üzərində analiz edirlər, gedib artıq folklor nümunəsi toplamağa ehtiyac yoxdur".

Sevda Mahmudova fortepiano ixtisası üzrə təhsil alıb. O da ənənəvi tədris metodunu musiqi təhsilində əsas problem hesab edir.

"Təəssüflər olsun ki, nəinki Azərbaycanda, ümumən Qafqaz bölgəsində, adicə Moskvanın özündə belə o Avropada olan azad ortam yoxdur".

Sevda deyir ki, Avropa və Amerika konservatoriyalarında musiqi texnologiyası, musiqi terapiyası, film musiqisi bəstəkarlığı kimi ixtisaslar var. Azərbaycanda isə bunlar hələ mövcud deyil. Bundan əlavə, Sevdaya təhsil aldığı müddətdə dərs seçimi imkanı verilməyib. Musiqiçi düşünür ki, əlavə fənlərin çoxluğu tələbələrin ixtisaslaşmasına əngəl yaradır.

"Bəlkə mən bu dərsi almaq istəmirəm. Bəlkə mən bu dərsin yerinə 2 il başqa dərs götürmək istəyirəm".

Musiqişünaslar deyir ki, Azərbaycanda musiqi təhsilində pop-caz sənəti fakültəsi olsa da, caz ayrıca olaraq ixtisaslaşmayıb. Afşin Əlizadə caz pianoçu və bəstəkardır. O hesab edir ki, musiqi ilə bağlı maarifləndirmə orta məktəblərdən başlamalıdır.

"Məktəblərdə məsələn klassik musiqi təhsili keçirilir, amma ümumilikdə, bu dövr üçün, yəni pop musiqisi və yaxud caz musiqisi haqqında məlumatlar az verilir, yaxud da verilmir".

Violonçel ifaçısı Georgiy İmanov da musiqiçilərin xaricə axın etdiyini deyir. O özü bir müddət Norveçdə təhsil alıb, hazırda Gürcüstanda fəaliyyət göstərir.

"Hazırda Gürcüstandan 3 nəfər cavan uşaq violonçel ifaçısı gedib, hansılar ki, doğrudan yaxşı ifaçılardır, bu pisdir. Və bu proseslər ona gətirə bilər ki, səviyyə yenidən aşağı düşsün. Yəni pisdir ki, çox adam getsə, təbii nəticəsi də bu olacaq".

Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyir ki, nazirlik universitetlərə dərsliklərlə və dərs yükünün bölünməsi ilə bağlı hər hansı məhdudiyyət qoymur. O bildirir ki, universitetlər dərs mövzusunu seçməkdə, masterklassların təşkil edilməsində sərbəstdir.

Tansu deyir ki, Avropadakı universitetlərdən fərqli olaraq, musiqi yazmaq üçün onlara elektron proqramlar öyrədilməyib.

"Məsələn xaricdə belə bir fənn var ki, dərs olaraq keçirlər. Bir videodur, qoyurlar onu və onun backgrounduna bir mövzuya uyğun olaraq sən mahnı seçməlisən. Həmin bu videorolikə hansı mahnı uyğun gələr. Bu, ayrıca fənn olaraq keçilir".

XS
SM
MD
LG