Accessibility links

Prezident Bayden Ağ Evdə son on illiklər ərzində aclıq probleminə dair ilk konfrans keçirib


Prezident Bayden Ağ Evdə son on illiklər ərzində aclıq probleminə dair ilk konfrans keçirib
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Prezident Bayden bu həftə Ağ Evdə son 50 ildə ilk dəfə olaraq aclıq probleminin ünvanlanması məqsədilə konfrans keçirib. Birləşmiş Ştatlarda hər 10 ailədən biri ərzaq təhlükəsizliyi problemi ilə qarşılaşır. Ağ Evdə konfransda iştirak edən ekspertlər dünyanın ən böyük beynəlxalq ərzaq yardımı təminatçısı olan Birləşmiş Ştatların özündə ərzaq təhlükəsiyinin təmin olunması yollarını müzakirə ediblər. ABŞ prezidenti ərzaq müavinətlərinin artırılması ilə bağlı planları açıqlayıb və 2030-cu ilə qədər Birləşmiş Ştatlarda aclıq probleminə son qoyulacağını və qidalanma ilə əlaqədar xəstəliklərin azaldılacağını vəd edib.

Dünyanın ən zəngin ölkəsində aclıq probleminin olduğunu təsəvvür etmək çətindir. Lakin hazırda doqquz milyon amerikalı uşaq aclıq problemi ilə qarşılaşır. Prezident Co Baydenin Ağ Evdə son 50 ildə aclıq və qidalanmaya dair ilk konfransın açılışında bildirdiyi kimi, bu, ciddi bir problemdir.

Prezident Co Bayden: “Keçən həftə Birləşmiş Millətlər Təşkilatında mən dünyada ərzaq təhlükəsizliyi ilə bağlı götürdüyümüz öhdəliklərdən danışdım. Çünki dünyanın hər bir ölkəsində və bu ölkədə hər bir ştatda bizi başqa nə ayırırsa ayırsın, əgər valideyn övladına yemək verə bilmirsə, o valideyn üçün başqa heç nəyin əhəmiyyəti yoxdur. Əgər övladınıza yemək verə bilmirsinizsə, sizin üçün başqa nəyin əhəmiyyəti var”.

Aclıq qlobal bir fenomendir və ABŞ-a bunun o qədər böyük təsiri yoxdur. Son Qlobal Ərzaq Təhlükəsizliyi İndeksinə görə ABŞ dünya üzrə 13-cü yeri tutur. Finlandiya ən birinci yerdə gəlir, Suriya və Haiti isə sonuncu yerdədir.

Baydenin ev sahibliyi etdiyi konfransda 2030-cu ilə qədər ABŞ-da aclığa son qoyulması və qidalanma ilə bağlı xəstəliklərin azaldılması kimi iddialı məqsəd qoyulub. O, dövlət və özəl sektor tərəfindən 8 milyard dollar ayrılması ilə bağlı öhdəlikləri, eləcə də məktəblərdə pulsuz yemək üçün çıxış imkanlarının artırılmasına və uşaqlar və ailələr üçün ərzaq təchizatını genişləndirən müvafiq dövlət müavinətlərinə dair planları açıqlayıb.

Konqres tərəfindən maliyyələşdirilmə üçün qarantiya hələ təmin olunmayıb. Respublikaçılar adətən sosial problemlərin həllində qeyri-hökumət vasitələrinə üstünlük verirlər. Hətta aclıq problemi ilə mübarizə tərəfdarları da qeyd edirlər ki, Vaşinqton problemi təkbaşına həll edə bilməz.

“Mən deyərdim ki, 2030-cu ilə qədər aclığa son qoyulması çox ambisiyalı bir məqsəddir, federal hökumətin görə biləcəyi çox iş var. Lakin bunu etmək üçün federal hökumət, ştat və yerli hökumətlər, korporasiyalar, xeyriyyə təşkilatları və bütün vətəndaş cəmiyyəti arasında birgə səy olmalıdır,” WhyHunger təşkilatının nümayəndəsi Norin Sprinqsted deyib.

Problemlər sərhədlərin hüdudlarını aşır. Pandemiya zamanı və Rusiyanın Ukraynaya hücumundan sonra ərzaq təhlükəsizliyi probleminin artdığı müşahidə edilir.

Food Tank qeyri-gəlir təşkilatının nümayəndəsi Daniel Nirenberq: “Pandemiya və Ukraynaya qarşı müharibə bizə göstərdi ki, qlobal təchizat zəncirləri çox kövrəkdir və əgər biz onlardan tamamilə asılıyıqsa, özümüzü riskə atmış oluruq. Bizə hökumətlərdən və özəl sektordan, həmçinin regional və yerli təchizat zəncirlərindən daha çox investisiya lazımdır”.

WhyHunger təşkilatının nümayəndəsi Sprinqstedin sözlərinə görə, ərzağın ucuzlaşdırılması məsələnin yalnız bir hissəsidir.

“İqtisadi ədalət həqiqətən burada əsas məsələ olmalıdır və minimum əmək haqqı ölkə daxilində yaşayış minimumuna qaldırılmalıdır, çünki bu, yaşadığınız yerdən asılı olaraq dəyişə bilər. Beləliklə, bu bir nömrəli məsələdir.”

Vaşinqton bir gün ərzində əsas diqqəti ərzaq qiymətlərinin kəskin şəkildə yüksəldiyi bir vaxt aclıq probleminə yönəldib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG