Accessibility links

Türkan Urmulu: İranda qadın hərəkatı davam edəcək, bunun qarşısını almaq mümkün deyil


Türkan Urmulu: İranda qadın hərəkatı davam edəcək, bunun qarşısını almaq mümkün deyil
please wait

No media source currently available

0:00 0:18:16 0:00

İranda 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozduğuna görə saxlanmasının ardınca polis nəzarətində ölümündən sonra etirazlar davam edir. Qadın hüquqları müdafiəçisi Türkan Urmulu Amerikanın Səsinə müsahibədə İranda son etirazlar və qadınların öz hüquqları uğrunda mübarizəsi haqda danışıb.

Son iki həftədir İranda 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozduğuna görə saxlanması və bunun ardınca polis nəzarətində ölümündən sonra etirazlar davam edir. Qadınların öndə getdiyi bu nümayişlərdə onların hicablarını yandırdığı, insanların azadlıq şüarları ilə küçələrə çıxdığı göstərilir. Nümayişçilər həmçinin İran hökuməti və ali dini rəhbər əleyhinə şüarlar səsləndirir. Bir sira müşahidəçilərin fikrincə, hazırkı etirazlar təkcə hicab qaydalarına yönəlməyib, insanlar rejim əleyhinə, illər uzunu repressiyalar və diktaturaya qarşı etirazlara qoşularaq öz həyatlarını riskə qoyur. Bəziləri bunu inqilaba bənzədərək, İranda dəyişikliklərə gətirib çıxara biləcəyini bildirir. Qadın hüquqları müdafiəçisi, hüquqşünas Türkan Urmulu Amerikanın Səsinə müsahibədə İranda son etirazlar, ölkədə insan hüquqlarının pozulması və qadınların öz hüquqları uğrunda mübarizəsi haqda danışıb.

XS
SM
MD
LG