Birləşmiş Millətlər Təşkilatı çərşənbə axşamı qeyri-sabit yağışlar və çayların məcrasından çıxması və daşqınların birləşməsinin iyun ayından bəri qlobal iqlim dəyişikliyininin səbəb olduğu fəlakətə məruz qalan Pakistana yardım üçün həyat qurtaran müraciətini kəskin şəkildə artırıb.
Cenevrədən Pakistan hökuməti ilə birgə həyata keçirilən beynəlxalq maliyyə müraciətində fəlakətin hədsizliyi və artan ehtiyaclar fonunda avqust ayında verilən 160 milyon dollarlıq müraciətdən beş dəfə çox olmaqla 816 milyon dollar tələb edir.
Pakistan rəsmiləri deyir ki, daşqınlar təxminən 220 milyon əhalisi olan ölkənin böyük ərazilərini su basıb. Fəlakət üçdə biri uşaq olmaqla, 1700-ə yaxın insanın həyatına son qoyub və 8 milyona yaxın insanı köçkün vəziyyətinə salıb. Qadınlar və uşaqlar ölkə üzrə 84 rayonda zərər çəkmiş 33 milyon insanın 70%-ni təşkil edir və təxminən 3,4 milyon uşağın yardıma ehtiyacı olduğu bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus çərşənbə axşamı televiziya ilə yayımlanan tədbirdə "su yüksəlişi dayandı, lakin təhlükə deyil" deyib. Onun sözlərinə görə, malyariya, vəba, denq epidemiyalarının yayılmasına və daşqınlardan zərər çəkmiş ərazilərdə dəri infeksiyalarının artmasına nəzarət üçün davamlı maliyyə ilə yanaşı, təcili və güclü reaksiyaya ehtiyac var.
“Biz ictimai sağlamlıq fəlakətinin astanasındayıq. Əgər Pakistana daha çox dəstəyi səfərbər etməsək, qarşıdakı həftələrdə daşqınlarda həlak olanlardan daha çox insan həyatını itirə bilər... Əksəriyyəti təhlükəli şəraitdə olmaqla, hər gün 2000-dən çox qadın doğuş edir", Tedros bildirib.
Pakistanın İqlim Dəyişiklikləri Naziri Şerri Rəhman mərasimdə çıxış edərkən bildirib ki, 16 həftədən sonra 34 rayon hələ də böhrandan təsirlənir, 11 rayon hələ də su altındadır.
Rəhman hökumətinin hələ də fəlakətdən bəri "ən uzun xilasetmə, yardım və həyat qurtarma mərhələsində" olduğunu və ölkəsinin daşqından öz başına sağalma imkanı olmadığını deyib.
Rəhman deyib ki, Pakistan 8,2 milyon insanın təcili dərmana ehtiyacı var və əlavə ərzaq ehtiyatı idxal edilməlidir.
BMT rəsmiləri Pakistanda aclığın artacağı barədə xəbərdarlıq edərək, daşqının 3,6 milyon hektardan çox əkin sahəsini su altında qoyduğunu və 1,1 milyondan çox mal-qaranın öldüyünü bildirib.
Pakistan rəsmiləri daşqınların ölkə infrastrukturuna 30 milyard dollardan çox ziyan vurduğunu, yolları, körpüləri və təxminən 800 min evi yuyub apardığını təxmin edir.