Accessibility links

Azovstal müdafiəçisinin həyat yoldaşı onun əsirlikdən azad olunduğuna görə minnətdardır


Azovstal müdafiəçisinin həyat yoldaşı onun əsirlikdən azad olunduğuna görə minnətdardır
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Azovstal müdafiəçisinin həyat yoldaşı onun əsirlikdən azad olunduğuna görə minnətdardır

Serhiy Volinski Mariupolda Azovstal polad zavodunun hərbi komandirlərindən biri idi. Ukraynalı döyüşçülər bir ay boyunca güclü şəkildə müdafiə olunan zavodda gizlənərək, Rusiyanın hücumlarına müqavimət göstərib, daha sonra isə təslib olublar.

“İlk saniyədə, salam deyən kimi ağlamağa başladım və onun nəhayət azad olduğunu dərk etdim,” Azovstalın müdafiəçisinin həyat yoldaşı Ruslana Volinska deyib.

Ruslana Volinska həyat yoldaşı Serhiy Volinskini sonuncu dəfə may ayında, ukraynalı dəniz piyada briqadasının komandiri Azovstal polad zavodunun digər müdafiəçiləri ilə birlikdə zavoddan çıxdığı zaman danışıb.

“O zaman o mənə narahat olmamağımı söyləmişdi, çünki bir müddət danışa bilməyəcəkdik,” Ruslana Volinska deyir.

Volinska və Serhiyin altı yaşlı oğlu Saşa Volinski onun nəhayət dörd ay və bir gün sonra Rusiya əsirliyindən qurtulduğunu öyrənib.

Volinski nəhayət ailəsi ilə sentyabrın 20-də, o və Rusiya qüvvələri tərəfindən əsir götürülən digər 200 ukraynalı əsgər ilə birlikdə azadlığa buraxılandan sonra əlaqə saxlayıb.

“Mən internetə yerləşdirilən ilk şəkli, azad olunan komandirlərin şəklini görəndə, ilk nə gördüyümü dərk etmədim. Sonra, isə demək olar ki, dərhal Serhiy zəng etdi və sevinclə hər şeyin yaxşı olduğunu, rus əsgərlərlə mübadilə olunduğunu dedi,” Ruslana Volinska deyib.

Volinska deyir ki, həmin şəkildəki insanları tanımaq çətin olub - əsirlikdə keçirdikləri vaxt onları dəyişib.

“Onlar hamısı çəki itirib. Onlar tamamilə fərqli görünürdülər. Onu həmin şəkildə hamı tanımadı, amma mən tanıdım,” Ruslana Volinska deyib.

Volinskinin ilk suallarından biri yoldaşları barədə olub. Belə ki, o azadlığa buraxıldığı zaman mindən çox ukraynalı əsgər hələ də rusların əsirliyində olub.

“O sərbəst buraxılan kişilərin dəqiq rəqəmini bilmək və daha az şanslı olan, hələ də əsirlikdə qalanların siyahısını hazırlamaq istəyirdi. O, hər kəsin azad edilmədiyini öyrəndiyində məyus oldu,” Ruslana Volinska deyir.

Ancaq Volinski Ukraynaya göndərilməyib. Əsir mübadiləsinin şərtlərinə əsasən, o, müharibə bitənədək digər dörd Azovstal komandiri ilə birlikdə Türkiyədə qalmalıdır.

Ruslana və Saşa oraya səfər edib və nəhayət oktyabrın 3-də Serhiylə görüşüblər.

215-dən çox ukraynalı Ukrayna ordusu tərəfindən ələ keçirilən təxminən 55 rusla və qadağan olunmuş Rusiya tərəfdarı partiyanın lideri Viktor Medvedçukla dəyişdirilib.

XS
SM
MD
LG