Accessibility links

NATO Azərbaycanda təlim kursu keçirir


NATO Azərbaycanda təlim kursu keçirir (Rəsmi foto)
NATO Azərbaycanda təlim kursu keçirir (Rəsmi foto)

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn Hərbi Hava Qüvvələrinin Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə “Vertolyotların əməliyyatlarda istifadəsi” mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin görə, NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində keçirilən təlimlərdə əvvəlcə brifinq təqdim olunub, mobil təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı məlumatlar verilib.

Bildirilib ki, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən kurs müddətində Hərbi Hava Qüvvələrinin aidiyyəti bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim olunacaq. Həmçinin aviasiya təminatı ilə bağlı fəaliyyətlər həyata keçiriləcək.

Təlim kursu oktyabrın 13-dək davam edəcək.

XS
SM
MD
LG