Accessibility links

Heyvanları müalicə edən heyvanxana


Heyvanları müalicə edən heyvanxana
please wait

No media source currently available

0:00 0:02:49 0:00

“Sazova Elm, Sənət və Mədəniyyət” parkı içində yerləşən heyvanxananın ən böyük fərqi təbiətdə yaralı və xəstə heyvanları taparaq müalicə edirlər, daha sonra təbiətdə yaşamağa uyğun olanları yenidən təbiətə buraxırlar, uyğun olmayanlar isə heyvanxananın tərkibində yaşamağa davam edir.

“Sazova Elm, Sənət və Mədəniyyət” parkı içində yerləşən heyvanxana Eskişehirə gələnlərin ilk ziyarət mərkəzlərindən biridir. Heyvanxananın daxilində 243 heyvan növündən 120 növü heyvanxananın açıq hissəsində, 123 heyvan növü isə “ETİ Sualtı Dünyasında” yerləşdirilmişdir. Bu heyvanxananın ən böyük fərqi isə təbiətdə yaralı və xəstə heyvanları taparaq müalicə edirlər, daha sonra təbiətdə yaşamağa uyğun olanları yenidən təbiətə buraxırlar, uyğun olmayanlar isə heyvanxananın tərkibində yaşamağa davam edir. Park yaşamaqları üçün uyğun olan, fizyolojik ehtiyaclarını qarşılayacaq şəkildə quraşdırılmışdır. Gələn ziyarətçilərdən alınan ödəniş isə heyvanların ehtiyacları üçün istifadə olunur.

XS
SM
MD
LG