Accessibility links

Bakıda MDB dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək


Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistanın Rusiyakı hərbi attaşesi iştirak edəcək.

İclasa Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev sədrlik edəcək.

XS
SM
MD
LG