Accessibility links

Şərqi Azərbaycan Vəkillər Birliyi kütləvi aksiyalarda saxlanılanlar üçün “müdafiə komitəsi” təşkil edib


Təbriz, Sentyabr 2022
Təbriz, Sentyabr 2022

Şərqi Azərbaycan vilayətinin Vəkillər Kollegiyası İranda 4 həftədir davam edən kütləvi aksiyalar ilə əlaqədar həbs edilən vətəndaşlara dəstək üçün “müdafiə komitəsi” təşkil edib.

Bu haqda Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili Sina Yusufi məlumat verib. Yusufi həmçinin Təbrizdə kütləvi aksiyalar ilə əlaqədar təqribən 1700 nəfərin saxlanıldığına dair xəbərlərə işarə edib.

Sina Yusufi öz Twitter səhifəsində yazıb ki, “Azərbaycan Vəkillər Birliyinin İnsan Hüquqları Komissiyası etirazlarla əlaqədar nəzarət altına alınanlara hüquqi dəstək vermək üçün ‘müdafiə komitəsi’ təşkil edib. Təbrizdə 1700-dən artıq insanın saxlanıldığı deyilir.”

Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülüb, minlərlə insan nəzarət altına alınıb.

Hüquq müdafiəçiləri nəzarət altına alınan, yaralanan və öldürülənlər arasında çox sayda uşağın olduğunu bildirir.

Sentyabr ayının 21-də Təbriz küçələrində nəzarət altına alınıb və üç həftəlik nəzarətdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılan 16 yaşındakı tələbə Atilla Ərfəinin nəzarət müddətində ağır işgəncələrə məruz qaldığı bildirilib. Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə müsahibədə Ərfəinin işgəncələr səbəbilə burun və üzündən xəsarət aldığını deyib.

XS
SM
MD
LG