Accessibility links

Üçüncü müddətə Çin rəhbəri təyin edilmiş Si müttəfiqlərini irəli çəkərək, nüfuzunu genişləndirir


Çinin son onilliklərin ən nüfuzlu lideri olan prezident Si Cinpin, bazar günü ənənəyə uyğun olmayaraq, hakim Kommunist Partiyasının yeni müddət üçün rəhbəri təyin edildi. O, cəmiyyət və çətinliklərlə üzləşən iqtisadiyyat üzərində daha sərt nəzarəti təşviq edən müttəfiqlərini irəliyə çəkdi.

2012-ci ildə hakimiyyətə gələn Si, sələflərinin 10 ildən sonra hakimiyyətdən geri çəkilmək adətindən imtina edərək, üçüncü beş illik müddət üçün baş katib seçildi. Bəziləri 69 yaşlı liderin hakimiyyətdə ömürlük qalmağa çalışacağını ehtimal edirlər.

Şənbə günü Sinin sələfi, 79 yaşlı Hu Cintao partiyanın Mərkəzi Komitəsinin iclasının ortasında qolunu tutan köməkçisi ilə görüşü tərk etdi. Bu, Sinin səlahiyyətlərini genişləndirmək üçün digər partiya liderlərini uzaqlaşdırması ilə bağlı suallar doğurdu. Rəsmi Xinhua Xəbər Agentliyi daha sonra Hunun səhhətinin zəif olduğu və istirahətə ehtiyacı duyması ilə bağlı məlumat yaydı.

Partiya həmçinin Mərkəzi Komitəsinin yeddi üzvünün adını açıqlayıb. Ölkə rəhbərliyinin nüfuzlu kiçik çevrəsi hesab edilən komitədə Sinin müttəfiqlərinin üstünlüyə malik olduğu bildirilir. Partiyanın ikinci nüfuzlu şəxsi, bazar iqtisadiyyatına meylli islahatların təbliğatçısı, 67 yaşlı baş nazir Li Ketsyan partiyanın qeyri-rəsmi pensiya yaşından bir il gənc olmasına baxmayaraq, şənbə günü rəhbərlikdən istefa etdi.

Şərhçilər sadiqliyə bacarıqdan daha çox əhəmiyyət verildiyini bildirərək, yeni partiya rəhbərliyini “Maksimum Si” adlandırıblar. Mərkəzi Komitə üzvlərinin bəziləri ölkə səviyyəsində idarəçilik təcrübələrinə malik deyillər. Adətən bu təcrübə Mərkəzi Komitə üzvlüyü üçün tələb kimi qəbul edilib.

XS
SM
MD
LG