Accessibility links

Rişi Sunak Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlayır


Rişi Sunak sələfi Liz Trassın istefasından sonra çərşənbə axşamı Böyük Britaniyanın baş naziri olub. Trass İngiltərənin baş nazirini rəsmi olaraq təyin edən Kral III Çarlza istefasını rəsmi olaraq təqdim etmək üçün Bukingem Sarayına getməzdən əvvəl Douning Street 10 qarşısında qısa danışıb.

Yeni rəsmi iqamətgahının qarşısında çıxış edən Sunak Trassa hörmətlə yanaşaraq, onun iqtisadi artımı yenidən canlandırmaq planının səhv olmadığını, lakin bəzi səhvlərə yol verildiyini qeyd edib.

Sunak indi Nazirlər Kabinetini formalaşdırmağa başlayacaq. Bəzi mühafizəkar qanunvericilər onun Mühafizəkarlar Partiyasının bütün qanadlarından siyasətçiləri daxil edəcəyinə ümid bəsləyir.

Böyük Britaniyanın keçmiş maliyyə naziri qalmaqallı baş nazir Boris Consonu Mühafizəkarlar Partiyasının lideri və baş nazir kimi əvəz etmək üçün yarışda Liz Trassdan sonra ikinci olub.

Trass 45 günlük fırtınalı müddətdən sonra istefa verib. Consonun geri qayıtmaq cəhdindən imtina etməsi Sunakı güclü namizəd edib.

Mühafizəkar liderlik yarışması Trassın vergiləri azaltmaq kimi iqtisadi planlarının ehtiyatsızlıq olduğunu və bunun xaosa yol açacağı barədə xəbərdarlıq edən Sunak üçün reabilitasiya ola bilər

O, Britaniyanın ağdərili olmayan ilk lideri və yüksək vəzifə tutan ilk hindudur. 42 yaşlı Sunak həm də 200 ildən çox müddətdə ən gənc baş nazirdir. Qələbə əldə etmək üçün Sunak hələ də etik qalmaqallarla əlaqədar iflasa uğrayan Conson hökumətindən istefa verdiyinə dair rəqiblərinin iddialarını dəf etməlidir.

İyulun 5-də Sunak və Səhiyyə Naziri Sacid Cavidin təxminən eyni vaxtda istefaları zəncirvari reaksiyaya səbəb olub. 48 saat ərzində hökumətin təxminən 50 üzvü istefa verib və Conson istefa verməyə məcbur olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG