Accessibility links

Azərbaycanda “TikTok” sosial şəbəkəsinə qadağa aradan qaldırılıb


TIKTOK (Arxiv foto, mənbə VOA)
TIKTOK (Arxiv foto, mənbə VOA)

Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırıb.

Xatıraladaq ki, Azərbaycanda bu il sentyabrın 14-də “TikTok” şəbəkəsinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi.

XS
SM
MD
LG