Accessibility links

Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracına təsiri müzakirə edilib


USAID Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini səfir Erin MakKi (foto mənbə: ABŞ-ın Azərbaycandakı səfirliyi)
USAID Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini səfir Erin MakKi (foto mənbə: ABŞ-ın Azərbaycandakı səfirliyi)

Oktyabrın 5-də Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini Erin MakKi Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalovla görüşüb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, görüş zamanı “Rusiyanın Ukraynaya təcavüzünün Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracına necə təsir etdiyi müzakirə edilib”.

ABŞ səfirliyi bildirir ki, ABŞ və Azərbaycan arasında artan kənd təsərrüfatı ticarəti və akademik əlaqələri USAID-in proqramları vasitəsilə dəstəklənməkdə davam ediləcək.

Amerika Beynəlxalq İnkişaf Agentlıyinin Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Erin MakKinin Cənubi Qafqaz regionuna daha geniş səfəri çərçivəsində noyabrın 4-dən Azərbaycana səfəri başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, noyabrın 4-də USAID Administratorunun müavini “Azərbaycanın müstəqilliyinə dəstək ifadə etmək və münaqişə nəticəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad etmək məqsədilə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edib”.

Erin MakKi daha sonra Bakı Limanının baş direktoru Taleh Ziyadov ilə görüşərək “USAID-in Azərbaycanı etibarlı tranzit marşrutu kimi necə dəstəkləyə biləcəyini və Avropa, Qərb, Asiya və Orta Şərqlə daha yaxşı əlaqələr vasitəsilə ticarət əlaqələrini şaxələndirə biləcəyini müzakirə edib.”

XS
SM
MD
LG