Accessibility links

Azərbayanda sərbəst toplaşmaq azadlığı-müxtəlif baxışlar


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabrın 11-də BŞİH inzibati binasının qarşısında piket keçirməsinə razılıq verməyib.

Hüquq müdafiəçiləri, yerli ekspertlər bildirirlər ki, paytaxtın mərkəzi hissəsində artıq illərdir etiraz aksiyalarının keçirilməsinə imkan verilmir.

Rəsmi qurumlar bunu əsasən, nəqliyyatın və əhalinin sıxlığı ilə izah edir.

Hüquq müdafiəçiləri hesab edir ki, mitinq və piket təşkilatçılarına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən imtina cavablarının verilməsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq normaları baxımından əsassızdır.

Hüquqşünas və hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, demokratik idarəetməni yığıncaq azadlığı, sərbəst toplaşmaq azadlığı olmadan təsəvvür etmək mümkün deyil.

Rüfət Səfərov : Demokratik idarəetməni sərbəst toplaşmaq azadlığı olmadan təsəvvür etmək mümkün deyil
please wait

No media source currently available

0:00 0:05:59 0:00

"Çox təəssüf ki, xüsusilə də son üç il ərzində Azərbaycanda siyasi partiyalar, sərbəst toplaşmaq istəyən insanlar üçün ciddi inzibati və subyektiv əngəllər var. Bunun təkcə siyasi deyil, sosial, iqtisadi və s səbəbləri var. Görünür hakimiyyət dairələri əvvəlki dönəmlərdən fərqli olaraq hazırda sərbəst toplaşmaya daha çox kəmiyyətin cəlb olunacağından narahatdır. Məsələnin hüquqi tərəfi ilə bağlı onu deyə bilərəm ki, şübhəsiz sərbəst toplaşmaq azadlığı imperativ bir hüquq deyil. Məhdudlaşmaya bəzən məruz qala bilir. Məsələn, ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması, hansısa iğtişaş və ya cinayətlərin qarşısını almaq, əhalinin sağlamlığının mühafizəsi üçün məhdudiyyətlər tətbiq edilə bilər. Bu legitim əsaslarla məhdudlaşdırıla bilər. Amma bu gün biz nəyi görürük? Tutalım Bakı Şəhər İcra Hakimiyyəti son iki piketə cavabında qeyd edir ki, məqsədəuyğun deyil. Bu məqsədəuyğun olmamağın səbəbləri, motivləri, qanuni əsasları nədir? Bu yoxdur. Deməli burada ön xətdə nə keçir? Məqsədəuyğun deyil anlayışının əslində açılmayan tərəfi odur ki, hakimiyyətin siyasi maraqlarına cavab vermir. Ona görə də icazə verilmir".

Hüquq müdafiəçisi deyir ki, razılaşdırılmamış aksiyalarda iştirakçılar polis tərəfindən saxlanılan zaman qeyri-adekvat güc tətbiq edilməsinin şahidi olurlar.

"Şübhəsiz ki, hakimiyyətlə razılaşdırılmayan toplantılarda, istər piket olsun, istər mitinq, yürüş və s polis diqqəti cəlb edir. Bəzi hallarda zorakılıq, qeyri-adekvat güc tətbiq etmələrinin şahidi oluruq. Hətta kütləvi tədbirin keçirilməsinə bir gün qalmış insanlar yaşadığı evin qarşısında saxlanılır, qeyri-qanuni surətdə cəmiyyətdən təcrid olunurlar. Aksiya baş tutduqdan və ya ona cəhd edildikdən sonra sərbəst buraxılıırlar. Mən açığı deyim ki, əvvəlki dönəmlərdən fərqli olaraq son zamanlar inzibati həbsin baş tutmamasına dair bir nikbin mühakimələr irəli sürmək istəyərdim. Xüsusilə burada bir məsələni qeyd etmək istəyirəm ki, hakimiyyətin əleyhinə konkret siyasi şüarlar, hökümət, rəyasət, hakimiyyət ambisiyası olan müxalif mərkəzlər piketlərə təşəbbüs etdikdə polis daha ağır zorakılıqlar tətbiq edir. Amma vətəndaş cəmiyyətinin, ayrı-ayrı hüquq müdafiə təşkilatlarının düzənlədiyi kütləvi tədbirlərdə polis nisbətən yumşaq gücdən istifadə edir. Bu ondan irəli gəlir ki, hakimiyyətin siyasi anatomiyasına bir təhlükə varsa, iddia varsa polis daha qəddar yanaşır. Əksində isə nisbətən yumşaq münasibət göstərir. Siyasi şüarlar, sırf hakimiyyətin siyasi anatomiyasına təhlükə yaradacaq mərkəzlər kütləvi tədbirlər edirsə polis daha amansız davranır".

Toplaşmaq azadlıqlarının pozulmasını hesab edən şəxslər və ya təşkilatlar hüquqlarının təmin edilməsi ilə bağlı hansı addımlar ata bilərlər sualına gəldikdə Səfərov deyir ki, indiyə qədər askiya iştirakçılarına edilən zorakılıqlarla bağlı heç bir vəzifəli şəxs məsuliyyətə cəlb edilməyib.

"Azərbaycan Konstitusiyanın 49-cu maddəsi sərbəst toplaşma azadlığını tanıyır. Göstərir ki, hər bir şəxs başqaları ilə birlikdə müvafiq icra hakimiyyətini qabaqcadan xəbərdarlıq etməklə özünü ifadə edə bilər. Məsələ bundadır ki, "İnzibati Xətalar Məcəlləsi"ndə sərbəst toplaşmanın, yığıncaqlar azadlığının qarşısını alınmasında iştirak edən vəzifəli şəxslərin, subyektlərin inzibati məsuliyyəti var. Bu illər ərzində biz həm görüntülərdən, həm monitorinqlərdən bu qənaətə gəlmişik ki, sayı-hesabı olmayan polis əməkdaşları aksiyanın mahiyyətindən kənar çox zorakı meyllərə səy göstərir. Aksiya təyin olunmazdan bir gün öncə adamları evlərinin qarşısından oğurlayırlar. Bir çox hallarda saxlanılarkən işgəncələrə, ağır rəftara, pis münasibətə layiq görülürlər. Amma bununla bağlı bir dəfə də olsun Azərbaycan təcrübəsində hüquq-mühfizə əməkdaşının məsuliyyətini biz görməmişik. Baxmayaraq, "Inzibati Xətalar Məcəlləsi"ndə konkret norma var. Bu da ondan irəli gəlir ki, çox təəssüf bugünkü dövrdə hüquq-mühfizə orqanları əsas etibarı ilə siyasi hakimiyyətin mənfəətinin arxasındadır".

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Amerikanın Ssinə bildirib ki, nəinki paytaxtda, bütün respublikada qeydə alınan hər hansı hüquqazidd hallara qarşı daxili işlər orqanları tərəfindən qanunauyğun müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

please wait

No media source currently available

0:00 0:02:25 0:00

"Paytaxt ərazisində razılaşdırılmamış, nəzərdə tutulmayan müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmadan, yəni qanuna müvafiq sanksiyalaşdırılmayan bütün aksiyaların, piketlərin və digər kütləvi tədbirlərin qarşısı alınmaqla həmin şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilir və bundan sonra da bu tədbirlər davam etdiriləcəkdir".

Onun fikrincə, hüquq müdafiəçilərinin və digər şəxslərin hansısa formada iddiaları anlaşılandır.

"Əsassız olmaqla bərabər onlar bu iddiaları irəli sürməklə öz üzərinə ictimai diqqəti cəlb etmək məqsədi daşıyır. Hər bir halda qanunalara uyğun olaraq polis tərəfindən icazəsiz aksiyaların qarşısı alınır. Heç bir halda bu məslələrlə bağlı qeyri-qanuni aksiyaların təşkilatçıları hansısa bir bəraətverici əsaslar axtarmamalıdır. Tərəfimizdən bu tədbirlərin görülməsi tam qanuna müvafiqdir. Qarşıda duran əsas məsələ odur ki, qanuna müvafiq tədbirlər görülsün. Qaldı ki, bu qanunsuz piketlər aksiyalar harada keçirilib, nə məqsədlə keçirilib. Burada sual ortaya çıxır ki, ictimai diqqəti daha çox cəlb etmək. Həmin ünvanlarda, şəhərin mərkəzi küçələrində hərəkəti iflic etmək, digər vətəndaşları həmin prosesin, yəni aksiyanın iştirakçısı kimi göstərmək məqsədi daşıyır. Bütün hallarda qanuna müvafiq tədbirlər görülür. Bundan sonra da görüləcək. Onların diqqətinə çatdırırq ki, qanuna uyğun davransınlar. Azərbaycan Respublikası Konstitusiyasına, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun müddəlarına əməl eləsinlər" , o qeyd edib.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov isə Amerikanın Səsinə bildirib ki, sərbəst toplaşmaq azadlığı hər kəsin siyasi həyatının əsas aspektləri ilə bağlı olan ən geniş əhatəli siyasi hüquqlardan biridir və hər kəsin hüquqi statusunun mühüm elementi kimi çıxış etmək baxımından digər hüquqlarla, azadlıqlarla, vəzifələrlə qarşılıqlı əlaqədə olan subyektiv bir hüquqdur. Onun sözlərinə görə bu Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsi ilə təsbit olunub.

please wait

No media source currently available

0:00 0:02:54 0:00

"Azərbaycan qanunvericiliyi də, Azərbaycan hakimiyyəti də konseptual olaraq bu hüquqların həyata keçirilməsi ilə bağlı hər hansı maneə və problem görmür. Amma unutmamalıyıq ki, hər bir azadlıq müvafiq vəzifə doğurur. Azərbaycan Konstitusiyasının 24-cü madddəsinin 2-ci hissəsində qeyd edilir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyəti və vəzifələrini də əhatələyir. Bu vəzifələrin əsasında nə dayanır? Ümumi maraqlara əməl edilməsi. Digər şəxslərin hüquqlarına qəsd eləməmək. Adətlərə hörmət göstərmək və s. bu siyahını uzatmaq olar".

O hesab edir ki, son zamanlar radikal müxalifətin ən uyğunsuz zaman, məkan, ən uyğunsuz situasiya seçərək aksiya tələbi, cəmiyyət və şəxslər qarşısında məsuliyyət fonunda qiymətləndirilir.

"Şəhərin ən sıx ərazilərini iflic eləmək, yaxud əhalinin sıx olduğu yerlərdə insanlar üçün narahatlıq törətmək təbii ki yolverilməzdir. Dövlət tərəfindən son bir neçə aksiya tələbinə rədd cavabı verilməsi digər subyektlərin hüquqlarını özbaşına münasibətə sədd qoymaq məqsədinə yönəlib. Bu da tək bizim dövlətdaxili hüquqla yox, bütövlükdə beynəlxalq səviyyədə qəbul olunan bir təcrübədir. Burada başqa bir sual çıxa bilər. Dövlət hansı meyarlarla, hansı beynəlxalq təcrübə əsasında qiymətləndirmə aparır. Elə beynəlxalq aktlarda bunun da çox sadə cavabı var. Avropa məhkəməsinin bir neçə presedenti var. Qeyd edilir ki, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılarkən bu sahədə dövlətlər üçün mülahizə sərbəstliyi də müəyyənləşdirilmişdi. Bu mənada indi prosesə hər hansı formada don geyindirmək yol verilməzdir. Hüquq və azadlıq tələb eləyən şəxslər və ya qüvvələr də haqlarını tələb etdikləri kimi öncə özləri də başqalarının haqlarına dözümlü və hörmətlə yanaşmağı öyrənməlidir" , Milli Məclisin deputatı qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG