Accessibility links

İstanbulda partlayış zamanı zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur


İstanbulun mərkəzində baş vermiş partlayış nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsi Amerikanın Səsinin sorğusuna cavabda bildirib.

"Bizə zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb," Mətbuat Xidməti İdarəsi bildirib.

Noyabrın 13-də İstanbulda Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

XS
SM
MD
LG