Accessibility links

Prezident Əliyevə İran azərbaycanlıları tərəfindən bir neçə təşəkkür məktubu ünvanlanıb


Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə (Foto Azərbaycan Prezidentinin rəsmi internet saytınındır)
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə (Foto Azərbaycan Prezidentinin rəsmi internet saytınındır)

Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə müstəqil Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların hüquqlarının qorunmasının zəruriliyi haqqında çıxışı bir çox İran azərbaycanlı tərəfindən yüksək qiymətləndirilib.

İranda azərbaycanlı siyasi fəallar və təşkilatlar Azərbaycan Prezidentinin bu çıxışını yüksək qiymət verərək, İlham Əliyevə bir neçə təşəkkür məktubu ünvanlayıblar.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin hüdudlarından kənarda yaşayan soydaşlarına diqqət çəkərək, olnarın hüquqlarının müdafiəsinin təşkilatın “daimi əsasda diqqətdə saxlamağın vaxtı çatdığını” bildirib.

İran azərbaycanlılarının diqqətini çəkən və sosial şəbəkələrdə istifadəçilər tərəfindən müzakirə edilən bu çıxışda İlham Əliyev müstəqil Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlıya işarə edərək, onların “əksəriyyətinin bu imkanlardan məhrum olduğunu” söyləyib.

İlham Əliyev həmçinin çıxışında Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan azərbaycanlıların “dili, ənənələri, mədəniyyətlərini qoruyub saxlamaları üç azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi” üçün səy göstərəcəyini deyib.

Azərbaycan Prezidentinin çıxışından sonra Məhəmməd Rza Heyətin sədrlik etdiyi Təbriz Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məkutubu ünvanlayıb.

Həmin məktubda İlham Əliyevin “Güney Azәrbaycanda cәrәyan edәn azadlıq mübarizәsindә” bir çox insanın həbs edildiyi və həyatını itirdiyi şəraitdə “beynәlxalq sәviyyәdә Güney Azәrbaycan mәsәlәsini yüksәk sәslә gündәmә gәtirәrәk”, İran Azərbaycanında türklərin “ana dilindә tәhsil probleminə” dəstək verməsindən dolayı təşəkkür edilib.

Başqa bir məktubda dörd siyasi təşkilat bəyanat yayaraq, Azərbaycan Respublikası Prezidentinin çıxışını “İranın totalitar rejiminin təzyiqləri altında öz hüquqları və azadlıqları uğrunda mübarizə aparan güney azərbaycanlılara böyük ümid qaynağı” olduğunu və İranda yaşayan azərbaycanlı türkləri “dərindən sevindirdiyini” qeyd ediblər.

Bir sıra güneyli siyasi fəal, jurnalist və elm adamları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladıqları məktubda “yaxın gələcəkdə baş verəcək olan dəyişikliklər nəticəsində” İran Azərbaycanında türk icmasının öz müqəddəratını təyin edəcəyini ümid edərək prezident Əliyevə verdiyi bəyanatlara görə təşəkkürlərini ifadə ediblər.

XS
SM
MD
LG