Accessibility links

Dövlət Departamenti: Biz İranın region üçün təhlükə olduğunu açıq şəkildə bildirdik və tərəfdaşlarımızın yanında olacağıq


Dövlət Departamentinin sözçüsü Ned Prays 
Dövlət Departamentinin sözçüsü Ned Prays 

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonda gündəlik birifinq zamanı İran tərəfindən Azərbaycana qarşı son günlər artan ritorika ilə bağlı açıqlamalar verib. Ned Prays Turan agentliyinin müxbirinin “İrandan Azərbaycan kimi qonşu ölkələrə də artan ritorika var. Onlar - son vaxtlar hədələyirlər, - Azərbaycanı İran ərazisində hansısa terror aktı törətməkdə ittiham edən bəzi bəyanatlar da hazırlanıb. İranın onlara qarşı ritorikasını davam etdirəcəyi təqdirdə ABŞ həmin qonşu ölkələri müdafiə edə biləcəkmi?” sualını cavablandırıb.

“Siz Azərbaycanın adını çəkdiniz. Dövlət katibinin azərbaycanlı həmkarını bu həftənin əvvəlində görmək imkanı olub. İranın region üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik,” Ned Prays bildirib.

Dövlət Departamentinin nümayəndəsi “ABŞ-ın İranın ali liderininə qarşı insan haqlarının pozulmasına görə sanksiya tətbiq etməməsinin hər hansı bir səbəbi varmı?” sualına isə belə cavab verib: “Biz bütün uyğun alətlərə baxırıq. İran rejimi ən azı desək, çox ağır sanksiyalara məruz qalıb. Onların nüvə proqramından tutmuş ballistik raket proqramından terrorizmə dəstək, etibarlı şəxslərə dəstək, kiber fəaliyyətləri və bəli, İranın insan hüquqlarına dair dərin narahatlıqlarına görə bütün mənfur fəaliyyətlərinə görə sanksiyalar var,” o qeyd edib.

Son zamanlar İran və Azərbaycan arasında diplomatik sahədə fikir ayrılıqları hərbi təlimlərlə müşahidə edilməkdədir.

Belə ki, oktyabrın 17-dən başlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Əraks (Araz) bölgəsində hərbi təlimlər keçirib.

İRNA agentliyinin məlumatına görə, SEPAH-ın quru qoşunları komandanı Məhəmməd Pakpur bildirib ki, "bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumaq və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır".

Bu il iyulun 19-da İranın ali dini lideri Əli Xameneyi Twitter səhifəsində bildirib ki, İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İran buna qarşı çıxacaq, çünki bu sərhəd min illərin əlaqə yoludur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərdən iki həftə sonra, noyabrın 2-də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ölkənin İranla həmsərhəd olan cənub ərazilərində hərbi təlimləri başlayıb.

Noyabrın 3-də Azərbaycan müdafiə naziri Zakir Həsənov İranla sərhəddə, ölkənin cənub rayonlarında Xüsusi Təyinatlı Qüvvələrinin təlimini izləyib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlim planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.

Bu il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Günü münasibəti ilə çıxışında İranın Azərbaycanla sərhəddə hərbi təlimlərinə işarə edərək bildirib ki, “hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz”.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG