Accessibility links

Futbol azarkeşləri 2022-ci il dünya çempionatı üçün Qətərdə toplaşmağa başlayıblar


Futbol azarkeşləri 2022-ci il dünya çempionatı üçün Qətərdə toplaşmağa başlayıblar
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Futbol azarkeşləri 2022-ci il dünya çempionatı üçün Qətərdə toplaşmağa başlayıblar

Qətər 2022-ci il Dünya Kubokuna yüz minlərlə ziyarətçini qəbul etməyə hazırlaşır və bir çox yerli şirkət onları qəbul etməyə can atır. Bir çox turist üçün bu, dünyanın bu hissəsini ilk dəfə görmək imkanı deməkdir.

Gün batdıqda Qətərin Doha şəhərindəki Suq Vaqif bazarının küçələrinin görünüşü yerli əhalini və turistləri qarşılayaraq dəyişir.

Bazar rəngarəng mallar, bənzərsiz ətirlər və milli yeməklərlə doludur.

“Suq Vaqif. Bu, daimi ticarət deməkdir. Bu, ənənəvi bazar kimidir. Buna görə də turistlərin çoxu buraya gəlir. Burada gözəl restoranlar, ənənəvi mağazalar, ədviyyat bazarı və quş bazarı çox məşhurdur” – deyə, suvenir dükanının sahibi Camal Abdulla bildirib.

Ziyarətçilər və yerli sakinlər üçün bu, şəhərin böyük binaları və ticarət mərkəzlərindən çox fərqli olan və Qətərin əl işləri ilə dolu köhnə hissəsini görmək imkanıdır.

“Bu bir təcrübədir, xüsusən də mədəniyyətə görə gözəldir” – deyə, perulu turist Lorena Vera bildirib.

Suvenir mağazası sahibi və Yaxın Şərqdən gələn ənənəvi əşyaların satışı ilə məşğul olan Camal Abdulla 2022-ci il dünya çempionatının daha çox müştəri gətirəcəyinə ümid edir.

“Əsasən hava qüvvələri bazasından və Qətər hava limanından çoxlu tranzit sərnişinlər var. Bu, olduqca böyük bir hava limanıdır, ona görə də insanların tranzit yeridir" – deyə, o bildirib.

Əmirlik hökuməti noyabrın 20-də başlayacaq 2022-ci il Dünya Çempionatı zamanı ölkəyə bir milyondan çox insanın səyahət edəcəyini gözləyir. Qətərin əhalisinin sayı təxminən 2,7 milyondur.

"Düşünürəm ki, bu, onlara müxtəlif mədəniyyətlər haqqında fikirlərini bir qədər dəyişməyə kömək edəcək, çünki insanlar bir çox fərqli ölkədən gəlirlər" – deyə, Lorena Vera qeyd edib.

Lusiya Marzoratti və Martin Kuren Dohada yaşayan argentinalı cütlükdür. Onlar deyirlər ki, tədbir dünyanın hər yerindən insanları futbola olan ümumi sevgi ilə bir araya gətirəcək.

"Düşünürəm ki, qətəlilər onları çox müsbət qarşılayacaqlar. Argentinanı dəstəkləyən bütün ölkələrdən insanlar var. Burada Argentinanı dəstəkləyən ən böyük icmalardan biri Hindistan, Pakistan və Banqladeşdəndir, mən bunu heç təsəvvür etməzdim" – deyə, Martin Kuren bildirib.

Yerli sakinlər və biznes sahibləri 2022-ci il Dünya Kubokunun həyatda bir dəfə baş verən təcrübə olacağını gözləyirlər.

Ənənəvi olaraq çox mühafizəkar bir ölkə olan Qətər eyni zamanda turistləri cəlb etmək ümidi ilə spirtli içki qəbulu və ictimai yerlədə səs-küy kimi bəzi ənənəvi İslam məhdudiyyətlərini bir qədər yüngülləşdirdiyini açıqlayıb.

Ancaq hər şey dəyişmir; donuz ətinin yeyilməsi ilə bağlı ənənəvi məhdudiyyət qüvvədə qalacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG