Accessibility links

Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub


İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans və Azərbaycan müdafiə naziri Zakir Həsənov (Rəsmi foto, mənbə VOA)
İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans və Azərbaycan müdafiə naziri Zakir Həsənov (Rəsmi foto, mənbə VOA)

Azərbaycan müdafiə naziri Zakir Həsənov ilə İsrailin müdafiə naziri Benni Qantz arasında telefon danışığı olub.

İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

İsrailin müdafiı naziri Azərbaycanın Tel-Əvivdə səfirlik açmaq qərarına görə təşəkkürünü bildirib.

Bundan öncə İsrailin müdafiə naziri Benni Qantz Twitter hesabında yazıb ki, İsraildə Azərbaycan səfirliyinin açılması qərarı iki dövlət arasında münasibətlərin dərinləşdiyini göstərir.

“Bu addım bütün regionun sabitliyi və rifahı naminə əlaqələrin davam etdirilməsinin zəruriliyini nümayiş etdirir.”

Benni Qant həmçinin ötən ay Azərbaycanda səfərdə olduğunu xatırladıb və Azərbaycanın Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşdüyünü vurğulayıb.

O, görüşlər çərçivəsində bir sıra siyasi və təhlükəsizlik məsələlərinin müzakirə edildiyini açıqlayıb.

Azərbaycan Milli Məclisi noyabrın 18-də Azərbaycanın İsraildə səfirlik açmasına razılıq verib.

XS
SM
MD
LG