Accessibility links

İranın Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün dron təyyarələr istehsalında kömək edəcəyi bildirilir


Verilən məlumatlara əsasən, Moskva və Tehran arasında Rusiyaınn Ukraynada müharibədə istifadə məqsədilə İran istehsalı olan dronlar istehsal etməsinə dair saziş imzalanıb.

Washington Post qəzeti vəziyyətlə tanış olan üç ABŞ rəsmisi ilə müsahibələrə istinadən noyabrın 19-da sazişin bu ayın əvvəlində İranda keçirilən görüş zamanı yekunlaşdırıldığını və hazırda Tehranın Rusiyaya istehsala başlamaq üçün “dizaynlar və əsas komponentləri” təhvil verdiyini yazıb.

Rəsmilər qəzetə bildiriblər ki, əgər razılaşma reallaşsa, bu, Moskvanın Ukraynada ləng hərbi kampaniyasına artıq mühüm dəstək göstərən Rusiya-İran müttəfiqliyinin daha da dərinləşməsi demək olacaq.

Məlumata görə, hər iki tərəf yaxın aylarda istehsala başlamaq istiqamətində iş aparır.

Rusiya öz konveyer xətti və istehsal gücünü əldə etsə, son həftələrdə Rusiyanın hərbi kampaniyasına ciddi şəkildə təsir göstərən ucuz, lakin dağıdıcı dronlar ehtiyatını xeyli artıra bilər.

Rusiya Ukraynanın hərbi və mülki infrastrukturuna qarşı İran istehsalı olan yüzlərlə kamikadze dronları və hərbi drondan istifadə edib.

Moskvanın İran istehsalı olan kamikadze dronlarından istifadə etdiyini təkzib etməsinə baxmayaraq, Tehran Rusiyanın Ukraynaya fevral ayında müdaxiləsindən əvvəl imzalandığı dediyi müqavilə əsasında dronları tədarük etdiyini etiraf edib.

ABŞ bu yaxınlarda İranın dronlarının istehsalı və ya Rusiyaya tədarükü ilə məşğul olmaqda ittiham etdiyi şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Noyabrın 15-də ABŞ Maliyyə Nazirliyi Şahed Aviasiya Sənayesi Tədqiqat Mərkəzini Rusiya qüvvələrinin Ukraynada istifadə etdiyi Şahed kamikadze dronlarının dizaynı və istehsalına görə məsuliyyət daşımaqda ittiham edərək sanksiyalar tətbiq etdiyini bildirib.

ABŞ kəşfiyyatının təxminlərinə görə, Rusiya tezliklə İranın kamikadze dronları və öz qanadlı və ballistik raketləri ilə yanaşı, öz arsenalını İranın qısa mənzilli Fateh-110 və Zolfaqar qısamənzilli ballistik raketləri ilə tamamlaya biləcək.

XS
SM
MD
LG