Accessibility links

Zəncan vilayətində nümayişlərlə əlaqədar 221 nəfərə qarşı ittiham irəli sürülüb


İranın Zəncan vilayətinin ədliyyə idarəsi 2 aydan artıqdır davam edən ümummilli nümayişlərlə əlaqədar vilayətdə 221 nəfərə qarşı ittiham irəli sürüldüyünü açıqlayıb.

Yarı-rəsmi Mehr agentliyinin xəbərinə görə, ədliyyə idarəsinin rəisi Höccətül-İslam İsmail Sadıqi noyabrın 22-də bu barədə məlumat verib.

Sadıqinin açıqlamalarına əsasən, Zəncan vilayətində təşkil olunan aksiyalarla əlaqədar 221 haqqında ittihamnamə hazırlanıb və onlardan indiyə qədər 145 nəfər məhkub olunub.

Ədliyyə rəisi haqqında ittihamnamə hazırlanan şəxsləri “iğtişaşçı” adlandırıb.

Höccətül-İslam Sadıqi açıqlamalarında həmçinin etiraz aksiyalarını yatırmaqda İslam İnqilabı Qvardiyası (Sepah) və Sepahın könüllü yarı-hərbi qüvvələrinin (Bəsic) roluna diqqət çəkib. O, Sepah və Bəsic qüvvələrinin son iki ay ərzində mühüm rol oynadıqlarını vurğulayıb.

Zəncan vilayətinin Əbhər şəhəri İranda davam etməkdə olan kütləvi nümayişlərin təşkil olunduğu ilk şəhərlərdən biri olub.

Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülmüş və minlərlə insan saxlanılıb.

Hüquq müdafiəçiləri həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda azyaşlının olduğunu bildirir. Həbsxanalarda yeniyetmələrin ağır işgəncələrə məruz qaldığına dair xəbərlər yayılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG