Accessibility links

ABŞ-da ara seçkilərdən sonra diqqətlər 2024-cü il prezident seçkilərinə yönəlib


ABŞ-da Konqresə ara seçkilərdən sonra diqqətlər 2024-cü il prezident seçkilərinə yönəlib
please wait

No media source currently available

0:00 0:02:10 0:00

ABŞ-da Konqresə ara seçkilərdən sonra diqqətlər 2024-cü il prezident seçkilərinə yönəlib

Birləşmiş Ştatlarda Konqresə ara seçkilər başa çatdıqdan sonra hazırda əsas diqqət 2024-cü il prezidentlik yarışına yönəlib. Demokratlar Nümayəndələr Palatasına nəzarəti itirib, lakin Senatda üstünlüyü saxlaya bilib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlayıb. Eyni zamanda, Trampın işi ilə bağlı təhqiqat aparmaq üçün xüsusi prokuror təyin edilib.

ABŞ-ın sabiq prezidenti Donald Tramp keçən həftə Ağ Ev uğrunda mübarizəyə üçüncü dəfə qoşularaq namizədliyini irəli sürdüyünü açıqlayıb.

“Və biz Amerikanı yenidən möhtəşəm edəcəyik. Çox təşəkkür edirəm. Tanrı hamınızı qorusun,” ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

Bundan bir neçə gün sonra Bayden administrasiyasının baş prokuroru Trampın 2021-ci il yanvarın 6-da ABŞ Konqresində iğtişaşlarda rolunun olub-olmadığını və vəzifədən getdikdən iki həftə sonra məxfi sənədləri saxlayıb-saxlamadığını təhqiq etmək üçün xüsusi prokuror təyin edib.

ABŞ-ın baş prokuroru Merrik Qarland: “Mən bu gün ictimaiyyətin diqqətini cəlb edən iki davam edən cinayət araşdırması ilə əlaqədar xüsusi prokurorun təyin edilməsini elan etmək üçün buradayam”.

Bu açıqlamalar ABŞ-da Konqresə ara seçkilərin nəticələrinin elan edilməsindən sonra verilib. Çoxları Demokratların Senatda cüzi fərqlə üstünlüyü saxlamasını təəccüblə qarşılayıb.

Respublikaçılar isə proqnozlaşdırılandan daha az fərqlə Nümayəndələr Palatasına nəzarəti ələ aldılar.

Bununla belə, Konqresdə bölünmə demokrat olan prezident Co Baydenin səlahiyyət müddətinin son iki ilində qanunların qəbul edilməsində çətinliklərlə qarşılaşacağı deməkdir.

Kevin MakKarti, Respublikaçı qanunverici: “Vaşinqtonda Demokratların təkpartiyalı hakimiyyəti dövrünün başa çatdığını elan etməkdən qürur duyuram.”

Bəzi respublikaçılar Trump tərəfindən dəstəklənən namizədlərin Baydenin ehtimal edilən zəifliyi nəzərə alınmaqla gözlənildiyi kimi yaxşı nəticə əldə etmədiklərini qeyd edirlər. Baydenin reytinqi inflyasiya ilə bağlı narahatlıqların artdığı vaxt yayın ortalarından bəri 40 faizdən aşağı səviyyəyə enib.

Bəzi Respublikaçı liderlər partiyalarından prezidentliyə namizəd kimi Trampa qarşı olduqlarını deyirlər.

Nümayəndələr Palatasının keçmiş spikeri Pol Rayan: “Yəqin ki, Trampla Ağ Evi itirəcəyik. Əgər Trampdan başqa kimsə olsa, məncə Ağ Evi qazanacağıq”.

Keçən həftə sonu 15 milyon insanın sorğuda səs verməsindən sonra Twitter sosial media şirkətinin baş icraçı direktoru İlon Mask Trampın hesabını bərpa edib. Sayt 2021-ci ildə Kapitolidə baş verən iğtişaşlardan sonra Trampın hesabına qadağa qoymuşdu.

Lakin hələlik Trampın özünün Truth Social sosial media platformasına sadiq qaldığını söylədiyi bildirilir.

XS
SM
MD
LG