Accessibility links

ABŞ qanunvericiləri Ukraynaya dəstəyi davam etdirəcəklərini vəd edir


Ukraynada Çasiv Yarda Rusiyanın hava hücumundan sonra yerli sakinlər dağılmış evin qarşısında toplaşıblar, 27 noyabr 2022.
Ukraynada Çasiv Yarda Rusiyanın hava hücumundan sonra yerli sakinlər dağılmış evin qarşısında toplaşıblar, 27 noyabr 2022.

Yanvar ayında ABŞ Konqresinin Nümayəndələr Palatasında liderlik roluna hazırlaşan respublikaçı qanunvericilər bazar günü Konqresin Ukraynaya Rusiyaya qarşı doqquz aydır davam edən mübarizədə hərbi dəstək verməyə davam edəcəyinə söz veriblər, lakin Kyiv qüvvələrinə yardımın göndərilməsindən əvvəl onun diqqətlə nəzərdən keçiriləcəyini bildiriblər.

Ukraynaya yeni yardım paketlərinə nəzarət edəcək əsas rəsmilər olacağı ehtimal edilən Texas konqresmeni Maykl Makkol və Ohayo konqresmeni Mayk Törner ABC tele kanalının “Bu həftə” proqramında müsahibə zamanı Respublikaçıların az fərqlə Nümayəndələr Palatasında üstünlüyü şəraitində hər iki partiya - Respublikaçılar və Demokratların Ukraynaya dəstəyi davam edəcəklərini bildiriblər.

“Biz onların ehtiyacı olduqlarını alacaqlarını təmin edəcəyik. Hər iki partiyadan dəstəyimiz olacaq,” Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin yeni sədri olacağı güman edilən Törner deyib.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri olacağı güman edilən Makkol isə bildirib: “Onlara lazım olanı versək, qalib gələcəklər”.

Lakin Makkol Respublikaçıların Nümayəndələr Palatasının nəzarətini ələ almasından sonra Ukraynaya yardımın ayrılmasında Demokratların nəzarətində olan Palatadan fərq olacağını bildirib.

“Məsələ ondadır ki, biz daha çox nəzarət, şəffaflıq və hesabatlılığı təmin edəcəyik,” o deyib. “Biz kart-blanş verməyəcəyik,” konqresmen əlavə edib.

Ukrayna rəsmiləri Rusiyanın şənbə günü gecə Ukraynanın şərqində və cənubunda bir neçə bölgəyə zərbələr endirdiyini bildiriblər. Son həftələr ölkə infrastrukturuna dağıdıcı hücumlardan sonra elektrik enerjisi, su və istiliyin bərpa edilməsi üzrə iş davam edir. Ukrayna sakinlərinin bəzisi gündə yalnız bir neçə saat elektrik enerjisi ilə təmin olunur.

Prezident Zelenski şənbə günü axşam video müraciətində milyonlarla insanın hələ də elektrik işığı olmadan qaldığını bildirib.

Kyiv meri Vitali Kliçko bildirib ki, hamı üçün elektrik enerjisi tam təmin edilməsə də bütün şəhərdə su təchizatı bərpa olunub.

Ukraynanın cənubunda Xerson şəhərində də Rusiyanın şəhərə bir neçə nəfərin ölümü və elektrik infrastrukturunun zədələnməsi ilə nəticələnmiş son hücumundan sonra elektrik enerjisi bərpa edilib.

Bir çox insan rəsmilərin məsləhətinə əməl edərək, Xerson şəhərini tərk edərək Ukraynanın daha təhlükəsiz bölgələrinə gedirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG