Accessibility links

Pərisa Ciddi 3 ay həbs cəzasına məhkum edilib


Pərisa Ciddi
Pərisa Ciddi

Ərdəbil vilayətinin Germi şəhərində yaşayan milli fəal Pərisa Ciddi məhkəmə tərəfindən 3 aylıq həbs cəzasına məhkum edilib.

Pərisa Ciddi İnstaqram səhifəsində ona qarşı çıxarılan həbs cəzası ilə bağlı məlumat paylaşıb.

O, şəxsi səhifəsində "rejimə qarşı təbliğat aparmaq" ittihamı ilə İnstaqramda paylaşdığı bəzi paylaşımlara görə Germi məhkəməsinin 1-ci şöbəsi tərəfindən həbs cəzasına məhkum edilib.

Oktyabrın 19-da Germinin Kəşfiyyat İdarəsinin agentləri onu dindirmək üçün bu şöbəyə çağırıb və İnstaqram səhifəsində dərc etdiyi məzmunlarla bağlı sorğu-suala çəkib. Daha sonra oktyabrın 24-də prokurorluğa çağırılaraq ifadələri alınıb və onun haqqında 3 ay həbs qərarı çıxarılıb.

Pərisa Ciddi təhlükəsizlik qüvvələri tərəfindən dindirildiyi barədə səhifəsində məlumat verib: "Sorğuladıqları paylaşımlarımın bir çoxunu sizin qəzavətiniz (dəyərləndirmək) üçün burada sizlə paylaşıram. Ana dilimiz və Urmu gölü haqda paylaşımlarımı sorğulayanda, çalışmalarımın anayasa çərçivəsində olduğunu vurğuladığım zaman mənə nizamın məsləhətinin (vacibliyinin) anayasadan üstün olduğunu söyələdilər."

İranda ifadə azadlığı hüququ ən ağır şəkildə pozulur və sosial şəbəkələrin məhdudlaşdırılması və qadağan olması ilə yanaşı, vətəndaşların bu platformalarda dərc etdiyi məzmunlar da təhlükəsizlik qurumları tərəfindən kontrol olunur. Bəzi vətəndaşların ölkənin vəziyyəti barədə baxışlarını dərc etdiklərinə və hökumətin idarə üslubunu tənqid etdiklərinə görə müxtəlif ittihamlarla üzləşir, həbs cəzasına məhkum olunurlar.

Pəris Ciddi daha öncə də fəaliyyətlərindən dolayı kəşfiyyat agentləri tərəfindən hədələnib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG