Accessibility links

Brüssel 2016-cı il terror hücumları məhkəməsinin başlaması ilə ağrılı səhifə açıb


2016-cı ildə Brüsseldə 32 nəfərin ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olan terror hücumlarında sui-qəsdçilərin məhkəməsi Belçikada bazar ertəsi ağrılı bir səhifə açıb.

2016-cı ilin martında Brüssel hava limanında və metro stansiyasında intiharçı partlayışlarında iştirakda 10 nəfər ittiham olunur. Hücumlara görə İslam Dövləti yaraqlı qrupu günahlandırılır.

İddiaya görə, mühakimə olunanlar iki əldəqayırma bombanın hava limanında, digərinin isə insanlarla dolu metro stansiyasındakı hücumları idarə və ya onların həyata keçirilməsinə kömək ediblər.

Üç kamikadze müxtəlif ölkələrdən olan təxminən otuz qurbanla birlikdə ölüb.

2015-ci ildə Fransanın paytaxtında 130 nəfərin ölümü ilə nəticələnən hücumlara görə müttəhimlərdən beşi Parisdə mühakimə olunub. Onlar arasında hazırda Parisə hücum edənlərdən biri, ömürlük həbsdə olan Salah Əbdeslam da var.

Müstəntiqlər Paris və Brüssel hücumlarının müəllifinin Belçikada yerləşən terror təşkilatı olduğuna inanır.

Bu, bir neçə il əvvəl Avropada baş verən islamçı terror hücumlarının ən ölümcül halları sırasındadır.

Bazar ertəsi məhkəmənin açılışında müttəhim Məhəmməd Abrini hökumətin intiqamı kimi izah etdiyi təhlükəsizlik tədbirləri ilə alçaldılmalarından şikayətlənib. O, cavab olaraq müttəhimlərin bu məhkəmə prosesində səssiz qala biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Life4Brussels qurbanları dərnəyinin vəkili Valeri Gerard deyib ki, məhkəmə prosesi ağrılı xatirələri canlandırıb. O, bəzi assosiasiya üzvlərinin məhkəməyə kömək etmək və hətta ifadə vermək istədiklərini deyib.

Onun sözlərinə görə, qurbanların hücumlara görə təzminat alması üçün qarışıq prosedurlar da yorucu olub.

Bir neçə il əvvəl Avropada baş verən terror hücumları öz yerini başqa böhranlara, o cümlədən COVID-19 və indi Ukraynadakı müharibəyə verib.

Məhkəmə dinləmələri səkkiz aya qədər sürə bilər. Hökmlər münsiflər məhkəməsi tərəfindən çıxarılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG