Accessibility links

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş prokurorları görüşüb


Kamran Əliyev, İqor Krasnov və Anna Vardapetyan (Rəsmi foto, mənbə Rusiya Baş Prokurorluğu )
Kamran Əliyev, İqor Krasnov və Anna Vardapetyan (Rəsmi foto, mənbə Rusiya Baş Prokurorluğu )

Dekabrın 8-də Moskvada Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları Kamran Əliyev, İqor Krasnov və Anna Vardapetyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüş Rusiya baş prokurorunun təşəbbüsü ilə baş tutub.

Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir ki, Kamran Əliyev minalanmış sahələr və Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanması prosesinin yolverilməzliyi barədə məsələ qaldırıb.

O, həmçinin Qarabağa qanunsuz səfərlərin və təbii sərvətlərin istismarının yolverilməz olduğunu bildirib.

Birinci və İkinci Qarabağ müharibələrində itkin düşənlərin axtarışı üzrə birgə səylərin vacibliyini qeyd edən Əliyev bu səylərin davam etdirilməsinə çağırıb.

Öz növbəsində ermən tərəfi hərbi əsirlərlə bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın humanitar tələblərinin yerinə yetirilməsinə çağırıb

Ermənistan Baş Prokurorluğunun məlumatında deyilir ki, Anna Vardapetyan bildirib ki, Ermənistan üçün üçtərəfli bəyanatda nəzərdə tutulan humanitar tələblərin yerinə yetirilməsi prioritetdir, Azərbaycan isə onları tam yerinə yetirmir.

"Bəyanatın imzalanmasından iki il keçsə də, erməni hərbi əsirlər hələ də Azərbaycandadır. Azərbaycanın bu davranışı heç bir halda üçtərəfli bəyanatın məqsədlərinin həyata keçirilməsinə kömək etmir", Vardapetyan qedy edib.

Rusiyanın baş prokuroru İqor Krasnov Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr bəyanatına istinad edərək bildirib ki, liderlər üç ölkənin ümumi maraqlarını - Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşdırılmasını, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsini vurğulayıb.

"Mən bu yanaşmanı sərhəd münaqişəsinin həlli məsələsində və dövlətlərimizin prokurorluqlarının qarşısında duran digər problemlərin həllində çoxdan gözlənilən qarşılıqlı anlaşmaya nail olmaq üçün yeganə effektiv vasitə hesab edirəm", Krasnov qedy edib.

"Şübhəsiz ki, lokal münaqişələr və böhranlar nəinki geosiyasi vəziyyətə dağıdıcı təsir göstərir, həm də cinayətlərin geniş vüsət alması, terrorizm, ekstremizm ideyalarının yayılması, nifrət və düşmənçiliyin aşılanması üçün münbit zəmindir", Rusiya baş prokuroru əlavə edib.

Onun fikrincə, əsl qanun qulluqçuları insanlara normal həyat və inkişaf şəraiti yaratmağa, onları cinayətkarların dağıdıcı təsirindən qorumağa borcludur.

XS
SM
MD
LG