Accessibility links

Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələri Praqada bir araya gəldi


Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələri Praqada bir araya gəldi
please wait

No media source currently available

0:00 0:03:36 0:00

Bu həftə Praqada Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun assambleyası baş tutub. Pandemiyaya görə bir neçə illik fasilədən sonra Assambleya Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına daxil olan 6 ölkənin - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın, habelə, Avropa İttifaqı ölkələrindən vətəndaş cəmiyyəti üzvlərini yenidən bir araya gətirib.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin yaratdığı böhran, Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyətinin, demokratiya və insan hüquqlarının mövcud durumu tədbirin əsas müzakirə mövzusu olub. Forumun Azərbaycan Milli Platformasının əlaqələndiricisi Şəhla İsmayıl Azərbaycandakı mövcud vəziyyətlə bağlı çıxışında müstəqil vətəndaş cəmiyyətinin artıq 9 ildir ki, sağ-qalma mübarizəsi apardığını qeyd edib.

“Mən Avropa İttifaqı rəsmilərinin Azərbaycana ziyarət edərkən öz çıxışlarında nadir hallarda insan hüquqlarını qeyd etmələrini misal verə bilərəm. Bir dəfə insan hüquqlarını vurğulamaq kifayət edərdi, amma bunun özü belə adətən çatışmırdı”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Azərbaycan vətəndaş cəmiyyəti hələ də əvvəlki vəziyyətini bərpa edə bilmədiyini, 6 Tərəfdaşlıq ölkəsini müqayisəyə götürsək, Azərbaycan vətəndaş cəmiyyətinin ən aşağı yerdə olduğunu deyir.

“Hətta Belarus vətəndaş cəmiyyəti belə bu prosesə daha ciddi töhfə verə bilir. Çünki Belarusa münasibətdə Avropa İttifaqının da yaxınlaşması var. Avropa İttifaqı Belarusda hökumətdən daha çox vətəndaş cəmiyyətinə tərəfdaş kimi baxır. Amma Azərbaycanda vəziyyət biraz başqadır. Azərbaycan vətəndaş cəmiyyəti həm milli səviyyədə bu prosesdə iştirak edə bilmirlər, həm də Avropa İttifaqı daha çox Azərbaycan vətəndaş cəmiyyəti ilə yox, hökumətlə münasibətlərə üstünlük verməyə çalışır. Məsələn, mən son vaxtlar müşahidələrimdə görürəm ki, Avropa İttifaqı kifayət qədər ehtiyatlı mövqe tutur.

Azərbaycan vətəndaş cəmiyyəti üzvləri son illərdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdə enerji məsələsinin ön plana çəkilməsi, bununla da, insan hüquqları, demokratik quruculuq kimi məsələlərin arxa plana atılması, bu sahədə işləyən təşkilatlara dəstək olmamasından şikayətçidir.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov: “Bugün Avropa Kommissiyası bizi ağ bayraq kimi lazım olanda istifadə edirlər ki, bəs təkcə gedib İlham Əliyevlə görüşmürlər, bizim kimi yoldaşlarla da məsləhətləşmələr edilər. Bu məsləhətləşmələr baş aldatmaqdır. Mənə nə siyasi, nə iqtisadi dəstək verirsən. Gedib pulu İlham Əliyevə verirsən. İlham Əliyev milyardların yarısını oğurlayıb Avropada balalarına xərcləyir, yarısına da “dubinka” alıb Vilayət Eyvazovlara, Əli Nağıyevlərə paylayır ki, dinc mitinqə çıxan camaatı döysün”.

Bu il iyulun 18-də “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

Azərbaycan 2009-cu ildə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına daxil edilib. Şərq Tərəfdaşlığı proqramı yaradılarkən Demokratiya, qanunun aliliyi və insan hüquqları kimi ortaq dəyərlərin, o cümlədən bazar iqtisadiyyatı, davamlı inkişaf və yaxşı idarəetmə prinsiplərinin əsas tutulacağı qeyd edilib. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyət Forumu bu proqramın tərkib hissəsidir və altı tərəfdaşlıq ölkəsində demokratiya quruculuğu və insan hüquqlarının inkişafı ilə bağlı hadisələrin monitorinqi və müzakirəsi üçün yaradılmış platformadır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG