Accessibility links

Ural Hatəmi: İndiki vəziyyətimizin analizi üçün öz keçmişimizə, xüsusilə Azərbaycan Milli Höküməti dönəminə baxmalıyıq


Ural Hatəmi
Ural Hatəmi

1945-ci ildə qurulmuş Təbriz mərkəzli Azərbaycan Milli Hökümətinin devrilməsindən 76 il keçir. Sosioloq Ural Hatəmi Amerikanın Səsi ilə söhbətdə qısaömürlü milli hökümətin tarixi əhəmiyyəti haqqında danışıb. O, həmçinin bu günlərdə İran Azərbaycanının müxtəlif şəhərlərinin küçələrində səsləndirilən "Azadlıq, ədalət, milli hökümət" şüarını şərh edib.

Ural Hatəmi: İndiki vəziyyətimizin analizi üçün öz keçmişimizə, xüsusilə Azərbaycan Milli Höküməti dönəminə baxmalıyıq
please wait

No media source currently available

0:00 0:14:59 0:00
Direct link

Ural Hatəmi hesab edir ki, İran Azərbaycanının bugünkü məsələlərini təhlil etmək üçün ilk başda keçmişə, xüsusilə də Azərbaycan Milli Höküməti dönəminə baxmaq lazimdir.

Azadlıq, ədalət, milli hökümət şüarı illərlə basqının, bütün o zülmün içindən çıxmış və pişmiş bir şüardır. Onun məzmunu illər ərzində yaranıb və şəkillənərək bu üç kəlmədə özünü xülasə edib.

Onun sözlərinə görə, tarixi-siyasi hadisələr ilə bağlı həqiqətlər adətən uzun illərdən sonra və o hadisələr ilə bağlı sənədlərin ortaya çıxması ilə daha yaxşı anlaşılmağa başlayır.

"Siyasi-tarixi hadisələr yaşadığı öz dönəmində anlaşıla bilsə də, ətraflı bir şəkildə analizləri hər zaman naqis olub. Yəni, xüsusilə siyasi bir hadisəni doğru-düzgün analiz edə bilmək üçün üstündən illər keçməsi lazimdir. Bunun ən böyük səbəbi bir sıra deyilməyən sözlərin sonradan deyilməsi və sənədlərin ortaya çıxmasıdır. Bu sənədlərlər ilə söyləmləri, ideologiyaları və strukturları analiz edə bilirik. Ona görə də, bu qədər zaman keçdikdən sonra, əldə olan araşdırmalara baxdığımız zaman milli höküməti və İranın o zamankı şərtlərini daha yaxşı anlaya bilirik" , sosioloq deyib.

Azərbaycan Milli Höküməti qısa zamanda kəndlilər, işçilər və azlıqların hüquqları ilə əlaqədar böyük islahatlar həyata keçirdi. Qadınlara səsvermə haqqı tanındı və məktəblərdə türk dilində təhsil başladı.

Bu qədər zaman keçdikdən sonra, əldə olan araşdırmalara baxdığımız zaman milli höküməti və İranın o zamankı şərtlərini daha yaxşı anlaya bilirik.

Müsahibədə "Azadlıq, ədalət, milli hökümət" şüarını şərh edən Ural Hatəmi hesab edir ki, milli hökümət dönəminin təcrübələri bu günün məsələlərini analiz etməyə yardım edə bilər.

O deyib ki, hər toplumu ilk başda özü ilə müqayisə etmək lazimdir. Yəni, fərqli tarixi dönəmlərdə toplumu keçmişdən bu günə gətirən o proseslərləri, o tarixi hafizədən yola çıxaraq təhlil etmək lazimdir... "

Bu mənada, İranda Məşrutə İnqilabından sonrakı, xüsusilə Milli Hökümət dönəmindəki proseslər və bu ikisinin arasında Xiyabani hərəkatı dönəmində modernləşmə, demokratiya, ana yasa, məclis, fərqli hüquqlar və mətbuat ilə bağlı proseslərə ilk başda baxmamız lazimdir".

Sosioloqun dediklərinə görə, "Azadlıq, ədalət, milli hökümət" şüarı illərlə basqının, bütün o zülmün içindən çıxmış və pişmiş bir şüardır. Onun məzmunu illər ərzində yaranıb və şəkillənərək bu üç kəlmədə özünü xülasə edib... Çox net, açıq və şəffaf Azərbaycanın istəklərini göstərir bu Azadlıq, ədalət, milli hökümət şüarı. Mən bunun çox əhatəli bir şüar olduğuna da inanıram".

XS
SM
MD
LG