Accessibility links

“21 Azər” - Azərbaycan Milli Hökümətinin quruluşunun ildönümü


Dekabrın 12-si və ya hicri Azər ayının 21-i İran Azərbaycanında Milli Hökümətin quruluşunun ildönümü kimi qeyd edilir.

Qısa ömürlü Azərbaycan Milli Höküməti 1945-ci ilin dekabr ayında Seyyid Cəfər Pişəvərinin öndərliyi ilə Azərbaycan Demokrat Firqəsi tərəfindən təsis olundu.

İran ordusu bir gurultu ilə Azərbaycana geri döndü. Əsgərlər başıpozuq şəkildə yağma və qarət edərək istədikləri hər şeyi götürürdülər...
William O. Douglas

Milli hökümətin quruluş ildönümündə İran Azərbaycanında anma mərasimləri və atəşfəşanlıq nümayişləri təşkil olunur.

Həmçinin son illərdə türk fəallar güneyin müxtəlif bölgələrində uşaqlara türkcə kitablar paylayaraq milli hökümətin ildönümünü eyni zamanda “türkcəni rəsmiləşməsi” günü kimi qeyd edirlər.

İran dövləti ölkə daxilində Milli Hökümətin təşkilinin ildönümü münasibəti ilə mərasimlər keçirilməsinə icazə verməməklə yanaşı, onun liderlərinin məzarı üstünə toplaşanları da nəzarət altına alır.

Azərbaycan Milli Höküməti 1946-cı ilin dekabrında İran ordusunun paytaxt Təbriz və digər şəhərlərə hücumu ilə devrildi.

Azərbaycan Demokrat Firqəsinin 1940-ci illərdə nəşr etdiyi "Azərbaycan" qəzeti
Azərbaycan Demokrat Firqəsinin 1940-ci illərdə nəşr etdiyi "Azərbaycan" qəzeti
Onlar bizi türk dilində yazılmış dərslikləri Şəhrdari (Bələdiyyə) meydanına toplayıb və onları yandırmağa məcbur etdilər.
Rza Bərahəni


Həmin illərdə İran Azərbaycanına səfər etmiş ABŞ Ali Məhkəməsinin hakimi William O. Douglas Qəribə torpaqlar və mehriban xalq adlı kitabında İran ordusunun Azərbaycan hücumunu belə təsvir edib:

“İran ordusu bir gürultu ilə Azərbaycana geri döndü. Əsgərlər başıpozuq şəkildə yağma və qarət edərək istədikləri hər şeyi götürürdülər... İran ordusu -- azadlıq ordusu -- [əslində] vəhşi bir işğal ordusuydu. O, xalq üzərində zalım bir iz buraxdı. Kəndlilərin məhsulu yandırıldı, qadınlar və qızlarına təcavüz edildi. Evlər talan edildi, mal-qara oğurlandı. Ordu nəzarətdən çıxmışdı. Onun missiyası azad etmək imiş, ancaq o, qeyri-hərbi insanları ovladı, arxada ölüm və yıxıntı buraxdı.”

Azərbaycan Milli Höküməti dövründə qısa bir müddət olsa da, ana dilində təhsil almış bir çox ziyalı daha sonra həmin dövrdən qürur və ehtiramla yad ediblər.

Əslən türk icmasına mənsub olan, fars ədəbiyyatının iki görəkmli fiquru Qulamhüseyn Saidi və Rza Bərahəni öz yazılarında milli hökümət dövründən xatirələrə yer veriblər.

ABŞ-da bacarıqlı bir kardiotorasik cərrah kimi tanınan Şapur Ənsari daha əvvəl Amerikanın Səsi ilə söhbətdə milli hökümətin devrilməsindən sonra sonra türkcə dərsliklərinin yandırılması ilə bağlı təəssüratını Amerikanın Səsi ilə bölüşüb.

Azərbaycan Demokrat Firqəsinin üzvü Raziyə Şabani İbrahimzadə 2013-ci ildə vəfat etdi
Azərbaycan Demokrat Firqəsinin üzvü Raziyə Şabani İbrahimzadə 2013-ci ildə vəfat etdi

Həmin illərdə üçüncü sinifdə təhsil alan cənab Ənsari deyib ki, “Dedilər bu dil pis dildir, kitablarınızı gətirib yandırın. Mən özüm də günahkaram. Kitabları yandıranda mən də iştirak etdim. Evdən türkcə kitablarımızı və qəzetləri gətirib yandırdıq... O olayı heç vaxt unutmaram. Buna səbəb olanları, heç kəsi isə heç zaman bağışlamaram.”

Tanınmış yazar və Pen Kanadanın sabiq prezidenti Rza Bərahəni isə həmin dövrdən müşahidələri haqqında belə yazıb:

“Onlar bizi türk dilində yazılmış dərslikləri Şəhrdari (Bələdiyyə) meydanına toplayıb və onları yandırmağa məcbur etdilər. Kitabların alovları bizim başımız üstündə dar ağacından asılmış kişilərin ayaqlarına qədər qalxırdı. Gündüzləri Təbrizi qoruyub, gecələri isə onun küçələrinə asfalt örtən fədayiləri - demokrat firqəsi devrildikdən sonra evlərindən çıxarılır, biz uşaqların gözləri önündə onlardan arxalarına baxmadan yerimələrini istəyirdilər və sonra bizim gözümüzün önündə arxadan onlara güllə açıb, cəsədlərini küçədəki nova atırdılar.”

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG